Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon əhalisinin məşğulluğu ilə bağlı müşavirə keçirildi

16 iyul 2018 | 11:00

    16 iyul 2018-ci il tarixində Qaradağ Rayon İcra Hakimiyyətinin akt zalında rayon əhalisinin məşğulluğu ilə bağlı müşavirə keçirildi.
    Müşavirədə Qaradağ rayonun ərazisində fəaliyyət göstərən iri dövlət – N.Nərimanov adına NQÇİ, Ə.Əmirov adına NQÇİ, Qaz Anbarları İstismar İdarəsi, Qaz Emalı Zavodu, 6 saylı Nəqliyyat Departamenti, 3 saylı Nəqliyyat Departamenti, Gəmiqayırma zavodu və qeyri dövlət - BOS SHELF, “Avanqard-N” MMC, Metanol zavodu, “L-Metal” ASC, “Holcim-Azərbaycan” ASC, “ASK-Şüşə” MMC, “NORM” MMC, “AAC” MMC, “Mhorfi” MMC, “R+R” Aqrovest müəssisələrin rəhbərləri iştirak edirdilər.
   Müşavirəni giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov bildirdi ki, rayonda bir sıra müəssisələrdə irimiqyaslı layihələrin tamamlanması ilə bağlı yüksək kvalifikasiyalı mütəxəssislər ixtisara salınmışdır. Bununla bağlı idarə, müəssisə rəhbərləri ilə müzakirə edilmişdir ki, müəssisənin spesifikasiyasına uyğun olaraq ixtisara salınmış işçiləri işlə təmin olunmasına köməklik göstərsinlər.
   Müşavirədə iştirak edən idarə, müəssisə rəhbərləri müəssisələrində müvafiq vakansiyalara uyğun işçilərinin işlə təmin olunmasına müvafiq köməklik göstərəcəyini bildirdilər.
  Müşavirənin yekunu olaraq Məşğulluq İdarəsi, rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və yerli İcra hakimiyyəti nümayəndələri ilə qəsəbələrdə görüşlər keçirilsin, yerlərdə rayon sakinlərini müvafiq vakant yerlər barədə məlumat verilməsi qərara alındı.

Keçidlər