Şriftin ölçüsü :

Saytın rəngi :

“Heydər Əliyev və Azərbaycanda gənclər siyasəti”

12 iyul 2018 | 11:00

   12 iyul 2018-ci il tarixdə Qaradağ Gənclər Evində Ümummilli Lider  Heydər Əliyevin Respublika rəhbərliyinə gəlişinin 49-cu ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycanda gənclər siyasəti” mövzusunda dəyirmi masa keçirildi.
   Dəyirmi masada rayon gəncləri və YAP Qaradağ rayonu üzrə ilk partiya təşkilatlarını təmsil edən fəallar iştirak edirdi.
   Tədbiri giriş sözü ilə açan Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi E. Abbasov çıxışında qeyd etdi ki, ulu öndərin adı ilə bağlı tarixi günlərin yüksək səviyyədə keçirilməsi məqsədilə Qaradağ rayon İcra Hakimiyyəti başçısının göstərişinə əsasən rayon üzrə ənənəvi olaraq silsilə tədbirlər keçirilir və böyüməkdə olan nəslin Heydər Əliyev irsinin öyrənilməsində önəmli rolu olan dəyirmi masa da həmin tədbirlərin tərkib hissəsidir. Çıxışda söylənildi ki, müasir Azərbaycan tarixinin bütöv bir epoxası, taleyüklü hadisələrlə dolu otuz ildən artıq bir dövrü ulu öndərimiz  Heydər Əliyevin adı ilə bağlıdır. Bu dövr ərzində Heydər Əliyev Azərbaycan dövlətini və xalqımızı zamanın ən çətin sınaqlarından çıxararaq ölkənin ictimai-siyasi, iqtisadi və mədəni-mənəvi tərəqqisinə nail olmuşdur. O, azərbaycançılıq ideologiyasının inkişafını prioritet vəzifə kimi qarşıya qoyaraq Kommunust Partiyasının sərt rejimi dövründə Azərbaycan dilinə həqiqi dövlət dili statusu qazandırmağa nail olmuş, dövr baxımından sözün əsl mənasında qəhrəmanlığa bərabər addım atılaraq 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili statusu təsbit edilmişdir.
   Rayon gəncləri adından çıxış edən Könül Əhmədova 1969-cu ildən başlayaraq ulu öndərin gənclər siyasəti sahəsində həyata keçirdiyi islahatlardan, gənclərin kütləvi surətdə savadlanması istiqamətində həyata keçirdiyi irimiqyaslı işlərdən danışdı. Qeyd olundu ki, təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti bu gün ulu öndərin kursunun davamçısı Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən inamla davam etdirilir.

Keçidlər