Şriftin ölçüsü :

Saytın rəngi :

Cüdo üzrə Qobustan qəsəbə açıq birinciliyi keçirildi

14 sentyabr 2018 | 11:00

   14 sentyabr 2018-ci il tarixdə Qaradağ rayonunun Qobustan qəsəbəsindəki 195 № li məktəbdə cüdo üzrə Qobustan qəsəbə açıq birinciliyi keçirildi. Yarışa Qaradağ rayonunun Lökbatan, Sahil, Ələt, Müşfiqabad, Qobustan, Sanqaçal qəsəbələrinin idman bölmələri ilə yanaşı Bakı şəhərinin rayonları da qoşulmuşdular.
   Yarışın açılış mərasimində  çıxış edən Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov dövlətin idmana və bədən tərbiyəsinə göstərdiyi diqqət və qayğıdan, əsası Ulu Öndər tərəfindən qoyulmuş idman siyasətinin uğurla nəticələnməsindən və bu siyasətin Dövlət Başçısı, Milli idmanımızın hamisi İlham Əliyev cənabları tərəfindən inamlı addımlarla davam etdirilməsindən danışdı. Qobustan qəsəbə nümayəndəsinin müavini Quliyev Osman  çıxışında qeyd etdi ki, Azərbaycanın müstəqil dövlət kimi özünü təsdiq etməsi və gündən-günə artan nüfuzu irimiqyaslı beynılxalq turnirlərin Respublikada keçirilməsinə səbəb olur.
   Maraqlı keçən birinciliyin ümumi yekun nəticəsinə əsasən I, II, III yerləri tutmuş idmançılar müvafiq dərəcəli diplomlar və medallarla mükafatlandırıldılar.

Keçidlər