Şriftin ölçüsü :

Saytın rəngi :

Mənzil alan neftçilərə order və açarları təqdim edib

18 sentyabr 2018 | 11:00

   Neftçilərin peşə bayramı ərəfəsində neftçilər üçün Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki 28 May küçəsində 5c və 18c ünvanında inşa edilən 7 ədəd 9 mərtəbəli yeni yaşayış kompleksi istifadəyə verilib.
   Mərasimdə şirkətin prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri iştirak edib.
  “Neftçi” mənzil-tikinti kooperativi binaların tikintisinə 2016-cı ilin yanvarından başlanılıb. 28 may küçəsində istifadəyə verilən yeni binalarda 452 mənzil var. Binalarda ümumilikdə 27 dörd otaqlı, 199 üç otaqlı, 199 iki otaqlı və 27 bir otaqlı mənzil var. Binalar su, elektrik xətti və təbii qazla təchiz edilib. Tam təmirli mənzillər mətbəx mebeli, giriş mebeli və qaz plitələri ilə təmin olunub, binaların həyətində istirahət guşəsi yaradılıb, ətrafı abadlaşdırılıb.
   Daha sonra binaların açılışını bildirən rəmzi qırmızı lenti kəsilib və  mənzil alan neftçilərə order və açarları təqdim edib.

Keçidlər