Şriftin ölçüsü :

Saytın rəngi :

Çeyildağ qəsəbəsi 2011-2012

15 yanvar 2013 | 11:00

Yaxınlıqda yerləşən dağın adını daşıyan Çeyildağ və ya balaca Bakı mənasını verən Umbakı qəsəbəsi 1947-1950-ci illərdən bu ərazidə neft yataqlarının istismarı ilə əlaqədar əhalinin məskunlaşması ilə bağlı salınmış və 1951-ci ildə qəsəbə inzibati ərazi vahidliyi kimi təşkil olunmuşdur.

Çeyildağ qəsəbəsi barəsində videoçarx

2011-ci ildə Çeyildağ qəsəbəsində Heydər Əliyev Fondunun və Qaradağ Rayon İcra Hakimiyyətinin köməkliyi ilə 224 saylı orta məktəb əsaslı təmir olunmuş, qəsəbənin mərkəzi küçəsində 820 metr uzunluqda ərazi asfaltlanmışdır.
2012-ci ildə Çeyildağ qəsəbəsində Təcili Tibbi yardım stansiyası əsaslı təmir olunaraq qəsəbə sakinlərinin istifadəsinə verilmişdir. Bundan əlavə Səngəçal-Çeyildağ qəsəbələrarası avtomobil yolunda qəzalı vəziyyətdə olan 1 körpü təmir edilmişdir. Qəsəbədaxili qaz xətləri yenisi ilə əvəz olunmuş və “SMART” tipli qaz sayğacları quraşdırılmışdır.

Son iki il ərzində mütəmadi olaraq Çeyildağ qəsəbəsində rayon İcra hakimiyyəti başçısı cənab Süleyman Mikayılovun səyyar görüşləri təşkil olunur, görüşlərdə əhalini ən çox narahat edən problemlər dinlənilir və onların aradan qaldırılması üçün müvafiq tədbirlər həyata keçirilir.

14 yanvar 2013-cü il tarixində Çeyildağ qəsəbəsinin 2012-ci ildə sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan hesabat yığıncağı keçirilmişdir.
Yığıncağın işində rayon İcra hakimiyyəti başçısı aparatının məsul işçiləri, qəsəbə ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.

Hesabat yığıncağında “Çeyildağ qəsəbəsinin 2012-ci ildə qəsəbənin sosial-iqtisadi inkişafının yekunları barədə” Çeyildaq qəsəbə nümayəndəsi Akif Cavadovun məruzəsi dinlənilmişdir.
Gündəlikdəki məsələyə dair Çeyildağ qəsəbə icra nümayəndəliyinin hesabat yığıncağının qərar layihəsi təklif edilmiş və yekdilliklə qəbul edilmişdir.
Hesabat yığıncağında iştirak edən qəsəbə sakinləri möhtərəm Prezidentimiz cənab İlham Əliyevə son 2 ildə qəsəbədə görülən işlər üçün öz dərin minnətdarlıqlarını bildirmişlər.

 

Keçidlər