Şriftin ölçüsü :

Saytın rəngi :

“Narkomanlığa qarşı mübarizəyə qoşul”

28 sentyabr 2018 | 11:00

   28 sentyabr 2018-ci il tarixdə Müşfiqabad qəsəbəsindəki 320 № li məktəbdə “Narkomanlığa qarşı mübarizəyə qoşul” mövzusunda toplantı keçirildi.
   Toplantıda  Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov, 13 saylı Şəhər Poliklinikasının həkimi Hədiyə Rzayeva, Qızıl Aypara Cəmiyyətinin Qaradağ rayon Təşkilatının sədri Niyazi Eyvazov, 320 № li məktəbin direktoru Yaşar Əliyev, məktəb müəllimləri və şagirdlər iştirak edirdi.
   Tədbiri giriş sözü ilə rayon Gənclər və İdman İdarəsinin rəisi E.Abbasov açdı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  24 iyun 2013-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “2013-2018-ci illər üçün Narkotik vasitələrin, psiхotrop  maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılmasına qarşı mübarizə üzrə Dövlət Proqramı”nın icrası ilə bağlı Qaradağ rayon İcra Hakimiyyəti Başçısının müvafiq sərəncamı ilə “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə  qarşı mübarizə üzrə rayon komissiyası”nın yaradılmasını, keçirilən dəyirmi masanın həmin komissiyanın tədbirlər planının tərkib hissəsi olduğunu qeyd edən çıxışçı son doqquz ayda komissiya tərəfindən görülmüş işlər barədə iştirakçılara qısa məlumat verdi.
   Həkim H.Rzayeva yeniyetmə və gənclərin həyatına müxtəlif yollarla daxil olan zərərli vərdişlərdən, o cümlədən narkomanlıqdan və onların fəsadlarından danışaraq həmin neqativ halların vaxtında aradan qaldırılması yollarını iştirakçıların nəzərinə çatdırdı.
   Məktəbin direktoru Y.Əliyev belə qəbildən olan maarifləndirmə tədbirlərinin məktəbli gənclər üçün çox önəmli olduğunu, aparılan profilaktik işlərin böyüməkdə olan nəslin neqativ vərdişlərə meyilliyinin qarşısının alınmasında əvəzsiz rol oynadığını söylədi. Müvafiq mövzularda seminarların, sərgi, mədəni-kütləvi aksiya və təşviqat kompaniyalarının keçirilməsinin, sağlam həyat tərzinin kütləvi-mədəni, bədən tərbiyəsi və idman vasitəsilə təbliğ edilməsinin və bu sahədə maarifləndirmə işinin genişləndirilməsinin vacibliyini qeyd etdi.
   Tədbirin sonunda iştirakçılara narkomanlığı doğuran səbəblər, onların aradan qaldırılması yolları barədə əyani vəsaitlər - broşürlər paylandı.

 

Keçidlər