Şriftin ölçüsü :

Saytın rəngi :

“Narkotiklərə yox deyək” devizi altında futbol turniri

24 sentyabr 2018 | 11:00

    Qobustan qəsəbə gənclərindən ibarət komandalar arasında “Narkotiklərə yox deyək” devizi altında keçirilən futbol turniri başa çatdı. Turnirin final görüşü 24 sentyabr tarixində Qobustan qəsəbəsində yerləşən 195 № li məktəbin futbol meydançasında keçirildi. Görüşə iştirak edən Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov, Qobustan qəsəbəsə nümayəndəsinin müavini Quliyev Osman  çıxış edərək turnirin keçirilməsinin məqsəd və vəzifələrindən, əhəmiyyətindən, yeniyetmə və gənc idmançıların narkotiklərə qarşı mübarizəyə cəlb olunmasında olan əvəzsiz rolundan danışdılar.  Final görüşünün iştirakçılarına uğurlar diləndikdən sonra final oyununa start verildi.
   Oyun olduqca gərgin mübarizə şəraitində keçdi. Oyunun birinci hissəsi “Xəzər” komandasının 1 top üstünlüyü ilə qurtardı. İkinci hissədə bütün qüvvəsini səfərbər edən “Kaçovka” komandası üç cavabsız top vuraraq turnirin qalibi adnı qazandı.
    Final görüşünün nəticələrinə əsasən qaliblər kubok, medallar və diplomlarla mükafatlandırıldılar. Bundan əlavə turnirin keçirilməsində fəal iştirak etmiş şəxslərə, “Ən yaxşı hücumçu”, “Ən yaxşı yarımmüdafiəçi”, “Ən yaxşı müdafiəçi”, “Ən yaxşı qapıçı”,  “Ən yaxşı məşqçi”,  “Ən yaxşı hakim” nominasiyalarının qaliblərinə diplomlar təqdim edildi.

Keçidlər