Şriftin ölçüsü :

Saytın rəngi :

Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilmişdir

16 noyabr 2018 | 11:00

   16 noyabr 2018-ci il tarixində Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılovun Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilmişdir.
     Görüşdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Tağı Tağıyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayon təsərrüfat sahələrinin rəhbərləri iştirak etmişlər.
       Keçirilmiş səyyar qəbulda 100-dən çox qəsəbə sakinləri iştirak etmişdir.
       Görüşə gəlmiş qəsəbə ağsaqqalları qəsəbə ərazisində görülən işlərə görə öz təşəkkürlərini bildirmişlər. Qəsəbə sakinlərindən 12 nəfəri fərdi qaydada dinlənilmişdir.
    Sakinləri narahat edən problemləri dinlənildikdən sonra, həlli mümkün müraciətlər yerindəcə həll edilmiş, həlli vaxt tələb edən müraciətlərin  həlli istiqamətində aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.
     Daha sonra qəsəbə sakinlərinə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan Dövlət Proqramı çərçivəsində qəsəbə ərazisində görüləcək işlər barədə ətraflı məlumat verilmişdir

Keçidlər