Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ rayon məktəblilərinin Cənub bölgəsinə (Lənkəran, Astara və Masallı) səfəri uğurla başa çatmışdır

21 noyabr 2018 | 11:00

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən "Ölkəmizi tanıyaq" devizi altında Qaradağ rayon  məktəblilərinin Cənub bölgəsinə (Lənkəran, Astara və Masallı) olan 4 günlük səfəri 21 noyabr 2018-ci il tarixində uğurla başa çatmışdır.
   18-21 noyabr 2018-ci il tarixlərində səfərdə olan məktəblilər turun birinci günündə Lənkəran şəhərinə çatdıqdan sonra Heydər Əliyev Mərkəzinin qarşısında Lənkəran Şəhər İcra Hakimiyyətinin rəsmiləri ilə qarşılanma mərasimi keçirilmişdir. Mərasimdə çıxışlar və konsert proqramı təşkil olunmuşdur. Qrup iştirakçıları Lənkəran şəhərində yerləşən “Lux” mehmanxanasında yerləşdirildikdən sonra şam yeməyi və əyləncəli oyunlar təşkil olunmuşdur.
   Turun ikinci günündə məktəblilər Hirkan Milli Parkına və Xanbulan gölünə ekskursiya etmişdirlər. Lənkəran şəhərində yerləşən Heydər Əliyev Mərkəzi, Bayraq Meydanı, Gənclər Mərkəzi, “Qoşa Qala” qapıları, Həzi Aslanovun ev muzeyi, Dairəvi qala, Mayak binası ilə tanış olmuşlar.
   Turun üçüncü günündə Masallı şəhərində yerləşən Heydər Əliyev Mərkəzi, Tarix-diyarşünaslıq  Heydər Əliyev parkı, Uşaq İncəsənət məktəbi, Bayraq Meydanı və Dövlət Rəmzləri  muzeyi, Olimpiya İdman Kompleksi, ASAN həyat kompleksi, Viləşçay su anbarı ilə tanışlıq olmuşdur. Astara şəhərində Heydər Əliyev Mərkəzi, Gənclər Mərkəzi, Bulvar, “Yanar Bulağ”, Astara çay fabriki ilə tanışlıq məktəblilər tərəfindən maraqla qarşılandı.
   21 noyabr 2018-ci il tarixində gündüz saatlarında Lənkəran şəhərindən qayıdan məktəblilər Qaradağ rayonu Heydər Əliyev Mərkəzinin qarşısında valideynləri və rayon icra hakimiyyətinin rəsmiləri tərəfindən qarşılanmış, məktəblilər zəngin təəssüratlarını bölüşmüş, onlara göstərilən bu qayğıya və yaradılan şəraitlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildirmişdirlər. Sonda tur-aksiyası iştirakçıları ilə  birgə xatirə şəkilləri çəkilmişdir.

Keçidlər