Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Ədliyyəsinin 100 illiyi münasibəti ilə gənclərin nikah mərasimi keçirilmiş və yeni doğulmuş uşaqlara doğum şəhadətnaməsi təqdim olunmuşdur.

21 noyabr 2018 | 11:00

   21 noyabr 2018-ci il tarixində Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Azərbaycan Ədliyyəsinin 100 illiyi münasibəti ilə gənclərin nikah mərasimi keçirilmiş və yeni doğulmuş uşaqlara doğum şəhadətnaməsi təqdim olunmuşdur. Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova və rayon icra hakimiyyətinin məsul işçiləri, Qaradağ Rayon Qeydiyyat şöbəsinin rəisi Səidə Novruzova, şöbənin əməkdaşları və valideynlər iştirak etmişdilər.
    Mərasimi Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova açaraq bütün ədliyyə işçilərini bu xoş gün münasibətilə təbrik etmişdir. Öz nitqində o Ədliyyə Nazirliyinin yenidən və əsaslı şəkildə təsis edilməsinin ulu öndər Heydər Əliyevin Azərbaycan Respublikasına rəhbərlik etməyə başladığı dövrə təsadüf etdiyini qeyd etmişdir. Belə ki, Ədliyyə Nazirliyi 27 oktyabr 1970-ci ildə təsis edilərək, onun  sabit fəaliyyəti təmin edilmiş, məhkəmə orqanlarına təşkilati rəhbərlik, əhaliyə hüquqi xidmət, notariat fəaliyyəti , məhkəmə ekspertizası və bir sıra səlahiyyətlər verilmişdir.
Sonra Qaradağ Rayon Qeydiyyat şöbəsinin rəisi Səidə Novruzova öz çıxışında vurğulamışdır ki, Dövlət müstəqilliyi bərpa ediləndən sonra, ulu öndər Heydər Əliyev 11.11.2000-ci il tarixdə 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi barədə sərəncam imzalamışdır. Ədliyyə orqanlarının inkişafında daim dövlət qayğısının olduğunu və Ulu öndərin davamçısı cənab prezident İlham Əliyev bu sahəni diqqətdə saxladığını qeyd etmişdir.
   Çıxışlardan sonra gənc cütlüklər arasında nikah müqaviləsi bağlanmışdır. Qonaqların alqışları altında gənclərə nikah şəhadətnaməsi, valideynlərə isə təntənəli şəkildə yeni doğulmuş uşaqlarının doğum şəhadətnaməsi və hədiyyələr təqdim olunmuşdur.

Keçidlər