Şriftin ölçüsü :

Saytın rəngi :

“Məktəblər arasında Respublika çempionatı”

01 dekabr 2018 | 11:00

    2018-ci ilin noyabr ayında Qaradağ rayon məktəbliləri arasında “Məktəblər arasında Respublika çempionatı” yarışları çərçivəsində şahmat, atletika, voleybol və basketbol idman növləri üzrə rayon birinciliyi keçirildi. Yarışların açılış mərasimində “Məktəblər arasında respublika çempionatı”nın keçirilməsində əsas məqsədin ümumtəhsil məktəblərində bədən tərbiyəsi və idmanın şagirdlər arasında kütləviləşdirilməsi, onlar arasında idmana olan marağın artırılması, məktəblərdə sağlam və fəal həyat tərzinin təşviqi olduğunu söyləyən Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov qeyd etdi ki, 2018-2019-cu tədris ili ərzində keçirilən çempionatın əsasnamə və proqramına uyğun olaraq, yarışlarda Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən bütün rayon və şəhər ümumtəhsil müəssisələrinin şagirdləri şahmat üzrə 2-4-cü siniflər, atletika üzrə 5-7-cı siniflər, voleybol üzrə 7-9-cu sinif qızları, basketbol üzrə 9-11-ci siniflərin oğlanları iştirak edirlər. Nəzərə çatdırıldı ki, şahmat və atletika idman növü üzrə keçirilən yarışlar ölkədaxili xarakter daşıyır. Voleybol və basketbol idman növləri üzrə keçirilən yarışlar isə məktəblərarası beynəlxalq yarışlara seçim mərhələsidir. Voleybol üzrə qalib məktəb komandası Xorvatiyanın Poreç, basketbol üzrə qalib məktəb komandası isə Yunanıstanın Heraklion şəhərində keçirilən məktəblərin dünya çempionatında ölkəmizi təmsil edəcəkdir.
    Yarışlar xüsusu hazırlanaraq təsdiq edilmiş cədvəl üzrə keçirildi. Şahmat yarışı 7-9 noyabr tarixlərində 11 № li  Uşaq Gənclər İdman Məktəbində, voleybol yarışı 22 noyabr və basketbol yarışı 26 noyabr tarixində 273 № li  tam orta məktəbdə, atletika yarışı 28 noyabrda Qaradağ Təlim-İdman Mərkəzində keçirildi. Şahmat üzrə I yeri tutmuş 139 № li və II yeri tutmuş 233 № li  məktəblər, voleybol üzrə I yeri tutmuş 106 № li və II yeri tutmuş 228 № li  məktəblər,   basketbol üzrə I yeri tutmuş 139 № li və II yeri tutmuş 233 № li  məktəblər,  atletika üzrə I yeri tutmuş 273 № li və II yeri tutmuş 288 № li  məktəblər rayonumuzu zona yarışlarında təmsil edəcəklər.
   Məktəbli idmançılarımıza qələbələr arzu edirik!

Keçidlər