Şriftin ölçüsü :

Saytın rəngi :

“Abad məhəllə” layihəsi üzrə futbol turniri

07 dekabr 2018 | 11:00

   Ölkə başçısı cənab İlham Əliyevin tapşırıqları əsasında ölkəmizdə abadlıq və quruculuq işlərinə xüsusi diqqət göstərilir. Şəhər və qəsəbələrdə günün tələbləri səviyyəsində geniş quruculuq işləri aparılır, nümunəvi yeni abad məhəllələr salınır. “Abad məhəllə” layihəsi çərçivəsində abadlıq və yaşıllaşdırma işləri həyata keçirilmiş, məhəllələrdə futbol, basketbol meydançaları və digər idman qurğuları quraşdırılaraq əhalinin, xüsusən yeniyetmə və gənclərin istifadəsinə verilmişdir. 
   Məhz  görülən bu işlərlə əlaqədar Bakı şəhər İcra Hakimiyyətinin müvafiq tapşırığına əsasən “Abad məhəllə” layihəsi çərçivəsində Bakı şəhəri rayonlarının ərazilərində yeni salınmış məhəllələrdəki idman qurğularının təyinatı üzrə istifadə edilməsini təmin etmək və eyni zamanda əhali arasında bədən tərbiyəsi və idmanı kütləviləşdirmək məqsədilə  yeniyetmələlər arasında həmin məhəllələrdə futbol və şahmat yarışlarının təşkili və keçirilməsi nəzərdə tutulmuşdur. Tapşırığın icrası ilə bağlı Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən hazırlanmış təqvim planına əsasən Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki İ.Nəbiyev küçəsində salınmış “Abad məhəllə”də 7 dekabr 2018-ci il tarixdə 2004-2006-cı il təvəllüdlü yeniyetmələr arasında mini futbol turniri keçirildi. Tədbirin açılış mərasimində Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov,  Qaradağ rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Yusif  Nəsibov iştirak etdi.  Futbol turnirin final görüşündə 106 və 288 № li məktəblərin komandaları öz qüvvələrini sınadılar. Daha gözəl oyun nümayiş etdirən 106 № li məktəb yarışın qalibi adına layiq görülərək rayonumuzu Bakı mərhələsində təmsil etmək hüququnu qazandı.
   Qaliblər müvafiq dərəcəli diplomlar, medallar və kubokla mükafatlandırıldılar.

Keçidlər