Şriftin ölçüsü :

Saytın rəngi :

IDEA İctimai Birliyinin təşkilatçılığı və Qaradağ Rayon İcra Hakimiyyətinin dəstəyi ilə həyata keçirilən “Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyətsakinlərin istifadəsinə verilib.

04 yanvar 2019 | 11:00

   Qaradağ rayonunun Sahil qəsəbəsində IDEA İctimai Birliyinin təşkilatçılığı və Qaradağ rayon icra hakimiyyətinin dəstəyi ilə həyata keçirilən “Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət 2019-cu ilin yanvarın 4-də sakinlərin istifadəsinə verilib.
   İstifadəyə verilmiş növbəti abad məhəllədə Qaradağ rayonunun Sahil qəsəbəsi, Ə.Qülbabayev 14, 16, 18 və M.Seyidov 13, 16 N-li binaların qarşısında yerləşir.
   IDEA İctimai Birliyinin nümayəndələri və məktəblilər tədbir zamanı keçirilmiş kütləvi ağacəkmə aksiyasında iştirak ediblər.
“Bizim həyət” layihəsinə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə start verilib.
   “Bizim həyət” layihəsinin əsas məqsədi ekoloji cəhətdən təmiz və abad həyətlərin modelləşdirilməsi, yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.
   Qaradağ Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan və 2.5 hektar sahəsi olan həyətdə əlil və sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti və bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması məqsədilə əyləncə qurğuları yerləşdirilib, futbol və basketbol meydançası və idman alətlərindən ibarət meydança salınıb.
  Bu cür meydançaların salınmasında əsas məqsəd gənclərin sağlam həyat tərzi sürmələri, sağlamlıqlarının möhkəmləndirilməsi, asudə vaxtlarını səmərəli keçirməsidir.
   Sakinlərin istək və maraqları nəzərə alınaraq, çoxmənzilli binaların fasadları və giriş hissələri də tam təmir olunaraq onların istifadəsinə verilib. Yeni salınmış abad məhəllədə binaların 1500 kv.m dam örtüyü təmir edilmiş, 6500 kv.m asfalt örtüyü salınmış, 850 kv.m tamet, 1200 p/m bordür quraşdırılmışdır.
   22 bloklarda 6800 kv.m, binaların fasadlarında emulsiya işləri görülmüş, 50 ədəd küçə işıqları, 22 ədəd blok işıqları quraşdırılmışdır. 3 dəst uşaq meydançası,  6 ədəd kölgəlik, 17 oturacaq burada yaşayan ailələrin asudə vaxtlarını keçirmək üçün quraşdırılmışdır. Binaların ətrafında 8 ədəd izləyici kameralar quraşdırılmışdır. Ətrafda yaşıllaşdırma işləri aparılmış, 3800 kv.m ərazi qazonlaşdırılmış, 450 ağac və gül kolları əkilmişdir.
   Bundan əlavə burda yeni tikilmiş, ümumi sahəsi 560  kv.m olan  250-350 nəfərlik xeyir-şər evinin açılışı da olmuşdur.
   Açılış mərasimində çıxış edən natiqlər Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında əvəzolunmaz xidmətləri, onun siyasi irsinin təbliğinin əhəmiyyəti, Ulu Öndərin siyasi-iqtisadi və sosial kursunun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi və digər aktual məsələlərdən danışaraq, ölkə Başçısının yerli İcra Hakimiyyətləri və yerli özünüidarəetmə orqanları qarşısında əhalinin sosial problemlərinin həlli istiqamətində zəruri tədbirlərin görülməsinə dair verdiyi tapşırıqlar, bu sahədə kompleks tədbirlərin keçirilməsinə xidmət edən Dövlət Proqramlarının icrası vəziyyətinə də toxunmuşlar.
   Açılış mərasimində iştirak edən  ağsaqqallar burada yaşayan 3500 yaxın ailə adından çıxış edərək əhalinin sosial problemlərinin həlli istiqamətində görə ölkə rəhbərliyinə, rayon İcra hakimiyyətinə öz minnətdarlıqlarını çatdırdılar.

Keçidlər