Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ rayonunda qanvermə aksiyası keçirilmişdir

30 yanvar 2019 | 11:00

    Azərbaycanda xeyirxahlıq fəaliyyətinin geniş vüsət alması məhz Heydər Əliyev Fondunun adı ilə bağlıdır və sevindirici haldır ki, 2005-ci ildə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və qayğısı ilə “Talassemiyasız həyat naminə” proqramına start verilmişdir. Ölkənin Birinci xanımı bununla bütün ictimaiyyəti talassemiyalı uşaqlara yardım etməyə çağırmışdır.
    Əfsuslar olsun ki, Azərbaycanda iki mindən artıq talassemiya və digər irsi qan xəstəliyinə düçar olmuş pasiyentlər mövcuddur və bu xəstələrin həyatı kütləvi surətdə keçirilən qanvermə aksiyalarından asılıdır. Ölkəmizdə yayılmış hemofiliya və talassemiya xəstələrinin müalicəsində qan komponentlərinin və preparatlarının istənilən vaxtda əlçatan olması çox vacibdir və donor qanına tələbatı artırır.
    Heydər Əliyev Fondunun başladığı bu xeyirxah missiyanın davam etdirilməsi üçün Qaradağ Rayon İcra Hakimiyyəti və Azərbaycan Talassemiya Federasiyasının birgə təşkilatçılığı ilə 30 yanvar 2019-cu il tarixində Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 19 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının poliklinika şöbəsində keçirilən qanvermə aksiyasında 100-ə yaxın rayon sakini təmənnasız olaraq qan vermişdir.
     Ümid edirik ki, verilən qan talassemiyadan əziyyət çəkən şəxslərə şəfa bəxş edəcəkdir.

Keçidlər