Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərbaycan ailəsi 2018” film-festivalı

09 yanvar 2019 | 11:00

    Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu və Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun birgə təşkilatçılığı ilə kinomatoqrafiya və fotoqrafiya sənəti vasitəsilə ailə dəyərlərinin təbliği, milli-mənəvi dəyərlərin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, cəmiyyətdə mövcud olan problemlərin işıqlandırılması və təqdim edilən işlərin maarifləndirmə məqsədilə cəmiyyət üçün nümayiş etdirilməsi istiqamətində “Azərbaycan ailəsi” film-festivalı həyata keçirilir. Artıq ənənəyə çevrilmiş bu film-festivala daxil olan filmlər ölkəmizin hər yerində nümayiş etdirilir və  böyük maraqla qarşılanır.
   Belə nümayişlərdən biri də 09 yanvar 2019-cu il tarixdə Sahil qəsəbəsində yerləşən 319 № li məktəbdə həyata keçirildi.
  Tədbirdə iştirak edən Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov film-festivalın keçirilmə məqsədlərini, bu festivaldan gözlənilən nəticələri diqqətə çatdırdı. O qeyd etdi ki, bu filmlərin rayon ictimaiyyəti üçün nümayiş etdirilməsi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin müraciəti əsasında rayon İcra Hakimiyyətinin müvafiq tapşırığı ilə keçirilir və bu tədbir cari ayda rayonun digər qəsəbələrində də icra olunacaqdır.
  Tədbirdə Gültəkin Həsənovanın “92-ci ilin qışı” sənədli filmi, Səriyyə Cəfərovanın “Xocalıda məhv olmuş səkkiz ailə”, Nicat Dadaşovun “İki yad adam” filmləri nümayiş etdirildi.  
   Tədbir iştirakçıları nümayiş etdirilən filmlərdən razı qaldıqlarını və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə  və Qaradağ rayon İcra Hakimiyyətinə  minnətdar olduqlarını bildirdilər.

Keçidlər