Şriftin ölçüsü :

Saytın rəngi :

“Gənclik Festival”ı

26 yanvar 2019 | 11:00

    26 yanvar 2019-cu il tarixdə  Sahil qəsəbəsində yerləşən 273 № li məktəbin həyətində “2 fevral Gənclər günü münasibətilə Gənclər və İdman Nazirliyinin, Qaradağ rayon İcra Hakimiyyətinin dəstəyi, Qaradağ Gənclər Evinin təşkilatçılığı ilə “Gənclik festival“ı həyata keçirildi.
   Festivalın açılış mərasimində çıxış edən Qaradağ rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov 2 fevral gününün yaranma tarixindən, Ümummilli lider Heydər Əliyevin gənclər hərəkatına verdiyi dəstəkdən və onlar üçün yaratdığı şəraitdən, Prezident İlham Əliyevin bu işi layiqli surətdə və daha geniş miqyasda davam etdirməsindən və ümumilikdə gəncləri dövlət idarəetmə strukturlarına cəlb olunması məqsədilə qəbul edilmiş dövlət proqramlarından danışdı.
   Rayon Gənclər və idman İdarəsinin rəisi Elçin Abbasov  Festivalın keçirilmə məqsədindən,  müxtəlif fəaliyyətlərin təşkil olunması ilə “2 Fevral Gənclər günü”nün yüksək səviyyədə qeyd edilməsindən, gənclərin birgə əyləncəli vaxt keçirmələri üçün mühitin təşkil olunmasından söhbət açdı. Qaradağ Gənclər Evinin direktoru Pərvin Qasımov rayonda fəaliyyətə başlamış Gənclər Evinin fəaliyyət istiqamətlərini, gənclərin məşğulluğunun həlli üçün orada yaradılməş şəraiti və imkanları iştirakçıların nəzərinə çatdırdı.
   Festival dörd  hissədən ibarət təşkil olmuşdu. Festivaldan öncə 4 orta məktəbi təmsil edən 8 komanda arasında “Xəmsə” milli intellektual oyunu keçirilmişdi. Festival ərazisində qurulmuş 5 stentdə müxtəlif (puzzle yarışı, stolüstü oyunlar, rəsm yarışı, xəmsə yarışı, face art və oriqami) yarışlar və fəaliyyətlər hazırlanmışdı. Oyunların nəticələri isə Festival müddətində elan olundu və qaliblər medal, kubok və sertifikatla təltif edildilər.
   Festival konsert proqramı ilə davam etdirildi.  Sahil qəsəbəsindən olan istedadlı gənclərin iştirakı ilə hazırlanan konsert proqramında müxtəlif musiqi janrlarında mahnılar, rəqslər ifa olundu. Bundan əlavə Festival ərazisində yerləşdirilmiş məlumatlandırma stendində könüllülər tərəfindən gənclərə və qəsəbə sakinlərinə Gənclər Evi haqqında məlumatlar verildi, üzvlük üçün müraciət etmiş 45 gənc qeydiyyata götürüldü və qəsəbə sakinləri arasında Gənclər evinin növbəti fəaliyyətlərinin tənzimlənməsi məqsədilə sorğu keçirildi.
   5 saata yaxın davam edən festivalda təşkil olunan yarış və fəaliyyətlərdə ümumilikdə 500-dən çox gənc iştirak etdi.

Keçidlər