Şriftin ölçüsü :

Saytın rəngi :

“Narkotiklərlə mübarizəyə sən də qoşul”

06 fevral 2019 | 11:00

    06 fevral  2019-cu il tarixdə Puta qəsəbəsindəki 184 № li məktəbdə  “Narkotiklərlə mübarizəyə sən də qoşul” mövzusunda toplantı keçirildi.
   Toplantıda  Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov, rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Ruslan İsmayılov, Həkim Yeganə Şərbətova, polis mayoru Ramil Hacıyev, məktəbin direktor əvəzi Anar Əliyev, məktəb müəllimləri və şagirdlər iştirak edirdi.
   Toplantıdan öncə müvafiq mövzuda rayon gənclərinin çəkdikləri rəsmlərdən ibarət təşkil olunmuş sərgiyə baxış keçirildi.
   Tədbiri giriş sözü ilə açan rayon Gənclər və İdman İdarəsinin rəisi E.Abbasov narkomanlığa qarşı mübarizəni kütləvi surətdə aparmaq məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzası ilə təsdiq olunmuş dövlət proqramlarından və onların icrası ilə bağlı görülmüş işlərdən söz açdı. Qaradağ rayon İcra Hakimiyyəti Başçısının müvafiq sərəncamı ilə “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə  qarşı mübarizə üzrə rayon komissiyası”nın yaradılması və komissiya tərəfindən görülmüş işlər toplantı iştirakçılarının nəzərinə çatdırıldı və keçirilən görüşün də həmin komissiyanın tədbirlər planının tərkib hissəsi olduğu qeyd olundu.
Həkim-psixoloq Yeganə Şərbətova, rayon Polis İdarəsinin əməkdaşı polis mayoru Ramil Hacıyev, məktəbin direktoru Anar Əliyev yeniyetmə və gənclərin həyatına müxtəlif yollarla daxil olan zərərli vərdişlərdən, o cümlədən narkomanlıqdan və onların fəsadlarından danışaraq həmin neqativ halların vaxtında aradan qaldırılması yollarını iştirakçıların nəzərinə çatdırdılar.
   Şagirdlər adından çıxış edən Xaqan Əlizadə belə qəbildən olan maarifləndirmə tədbirlərinin məktəbli gənclər üçün çox önəmli olduğunu, aparılan profilaktik işlərin böyüməkdə olan nəslin neqativ vərdişlərə meylliliyinin qarşısının alınmasında əvəzsiz rol oynadığını söyləyərək müvafiq mövzularda seminarların, sərgi, mədəni-kütləvi aksiya və təşviqat kompaniyalarının keçirilməsinin, sağlam həyat tərzinin kütləvi-mədəni, bədən tərbiyəsi və idman vasitəsilə təbliğ edilməsinin vacibliyini qeyd etdi.
   Tədbirin sonunda narkomanlığı doğuran səbəblər, onların aradan qaldırılması yolları barədə iştirakçılara broşürlər paylandı.

Keçidlər