Şriftin ölçüsü :

Saytın rəngi :

“Xocalı soyqırımı” haqqında həqiqətlər rayon gəncləri tərəfindən dünya ictimaiyyətinə çatdırılır

25 fevral 2019 | 11:00

  Hər il olduğu kimi bu ildə də fevral ayanın əvvəlindən Qaradağ rayon gəncləri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış "Xocalıya ədalət" beynəlxalq kampaniyasına qoşularaq  beynəlxalq təşkilatların, aparıcı dövlətlərin parlament üzvlərinin, nüfuzlu media ümayəndələrinin E-MAİL-lərinə Xocalı soyqırımı haqqında məlumatların göndərilməsi aksiyasını həyata keçirdilər. Heydər Əliyev Mərkəzinin internet klubunda bir aya yaxın davam edən aksiyada rayon məktəblərinin şagirdləri, rayon idmançıları, ictimai-siyasi fəal gənclər, o cümlədən Yeni Azərbaycan Partiyası, Qaradağ rayon Təşkilatının Gənclər Birliyinin üzvləri iştirak etdi. İngilis və rus dillərində tərtib olunmuş mətndə 1992-ci il fevralın 25-dən 26-nə keçən gecə erməni silahlı qüvvələri tərəfindən Azərbaycanın qədim şəhəri Xocalının toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutulması, şəhəri yerlə yeksan etmiş erməni dəstələrinin dinc əhalini qırması, onlara qarşı amansız vəhşiliklər etməklə milli-etnik zəmində soyqırım siyasəti həyata keçirməsi öz əksini tapdı. Qeyd olundu ki, bu faciə nəticəsində 613 nəfər (onlardan 63 nəfər uşaq, 106 nəfər qadın, 70 nəfər qoca) qətlə yetirilmiş, 1275 nəfər əsir götürülmüş və 150 nəfər itkin düşmüşdür. Mətnin sonunda “Biz Xocalı soyqırımının günahkarlarının cəzalandırılmasını tələb edirik!” tələbi irəli sürüldü.

Keçidlər