Şriftin ölçüsü :

Saytın rəngi :

“Qaradağ Futsal Cup”

01 aprel 2019 | 11:00

   01 aprel  2019-ciu il tarixdə Qaradağ rayonunun Sahil qəsəbəsində yerləşən Yeni Sahil İdman Sağlamlıq Kompleksində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Qaradağ Futsal Cup” futzal turniri start götürmüşdür. Turnirdə 20 komanda iştirak edəcəkdir.
   Yarışın açılış mərasimində iştirak edən Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi E.Abbasov çıxış edərək turnirin keçirilməsinin məqsəd və vəzifələrindən, əhəmiyyətindən, Ümummilli Lider Heydər Əliyevin idmana və bədən tərbiyəsinə göstərdiyi diqqət və qayğıdan, əsası Ulu Öndər tərəfindən qoyulmuş idman siyasətinin uğurla nəticələnməsindən və bu siyasətin Dövlət Başçısı, milli idmanımızın hamisi İlham Əliyev cənabları tərəfindən inamlı addımlarla davam etdirilməsindən danışdı. Çıxışda qeyd olundu ki, Azərbaycanın müstəqil dövlət kimi özünü təsdiq etməsi və gündən-günə artan nüfuzu irimiqyaslı beynəlxalq turnirlərin Respublikada keçirilməsinə səbəb olmuşdur. 
   Turnirin iştirakçılarına uğurlar diləndikdən sonra ilk oyuna start verildi.
  Turnir aprel ayının sonuna qədər davam edəcəkdir. Qaliblər kubok, medallar və diplomlarla mükafatlandırılacaq, həmçinin “Ən yaxşı hücumçu”, “Ən yaxşı yarımmüdafiəçi”, “Ən yaxşı müdafiəçi”, “Ən yaxşı qapıçı”, “Ən yaxşı hakim” nominasiyalarının qaliblərinə diplomlar təqdim ediləcəkdir.

Keçidlər