Şriftin ölçüsü :

Saytın rəngi :

Aprel şəhidi-Milli Qəhrəman Samid İmanovun ailəsi ilə görüş

03 aprel 2019 | 11:00

   03 aprel tarixdə Aprel döyüşlərində şəhid olmuş “Azərbaycanın Milli Qəhrəmanı” Samid İmanovun Qaradağ rayonunun Lökbatan qəsəbəsində yaşayan
ailəsi ilə şəhidin evində görüş keçirildi.
  Görüşdə Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Rayon İdarəsinin rəisinin vəzifəsini müvəqqəti icra edən Rizvan Sadıqov, Qarabağ müharibəsi veteranı Əvəz İsmayılov iştirak etdi.
 Söhbət zamanı Milli Qəhrəmanın keçdiyi şərəfli döyüş yolu bir daha xatırlandı, aprelin 3-dən 4-nə keçən gecə döyüş zamanı mayor İmanovun göstərdiyi qəhrəmanlıq nümunəsindən söhbət açıldı. Qeyd olundu ki, Samid İmanov kimi qəhrəman Azərbaycan övladları xalqın yaddaşında daim qalacaq, onların ailə üzvləri həmişə dövlətin diqqət və qayğısı ilə əhatə olunacaqlar.

Keçidlər