Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş yeniyetmələr arasında dama və şahmat turnirləri keçirildi.

29 aprel 2019 | 11:00

   Ölkə başçısı cənab İlham Əliyevin tapşırıqları əsasında ölkəmizdə abadlıq və quruculuq işləri Qaradağ rayonunda da geniş vüsət almışdır. Rayonun Sahil qəsəbəsində günün tələbləri səviyyəsində geniş quruculuq işləri aparılır, nümunəvi yeni yaşayış binaları salınır. Digər yerlərdə olduğu kimi, burada da ötən ildən başlayaraq Bakı şəhər İcra Hakimiyyətinin müvafiq tapşırığına əsasən “Abad məhəllə” layihəsi həyata keçirilməkdədir.  Builki idman yarışları Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuşdur. Tapşırığın icrası ilə bağlı Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən təsdiq olunmuş təqvim planına əsasən Qaradağ rayonunun Sahil qəsəbəsindəki Ə.Gülbabayev 14, 16, 18 və M.Seyidov 13, 16 küçələrində salınmış “Abad məhəllə”də 29 aprel 2019-cu il tarixdə yeniyetmələr arasında  dama və şahmat turnirləri keçirildi.

Şahmat növü üzrə qaliblər:

        Qızlar                                                                 Oğlanlar

Həsənbəyova Aysu-I yer                                   Həsənli Hüseyn-I yer                  
Əhmədova Ayan-II yer                                      Orucov Minad-II yer                     
Məmmədli Gülşən-III yer                                   Şıxıyev Kamran-III yer


Dama növü üzrə qaliblər:

      Qızlar                                                                   Oğlanlar
      
         İsmayıllı Gülnaz-I yer                                         Kərimli Məhər-I yer                  
Eymədli Rabiyyə-II yer                                       Nəcəfli Hüseyn-II yer                     
Əhmədova Reyhan-III yer                                  Bağırova Kamil-III yer

Qaliblər müvafiq dərəcəli diplomlar, medallar və kubokla mükafatlandırıldılar.

 

Keçidlər