Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lider Heydər Əliyevin 96-cı ildönümü münasibətilə Bakı şəhəri ərazisində salınmış həmin məhəllələrdə yeniyetmələr arasında mini futbol və şahmat turnirləri keçirildi.

28 aprel 2019 | 11:00

   Ölkə başçısı cənab İlham Əliyevin tapşırıqları əsasında ölkəmizdə abadlıq və quruculuq işlərinə xüsusi diqqət göstərilir. Şəhər və qəsəbələrdə günün tələbləri səviyyəsində geniş quruculuq işləri aparılır, nümunəvi yeni yaşayış binaları salınır və ya tikinti-bərpa işləri aparılır. Bununla yanaşı həmin binalarda yaşayan əhalinin sağlam həyat tərzini təmin etmək, onları bədən tərbiyəsinə cəlb etmək üçün sözügedən yaşayış binalarının həyətlərində müasir tipli idman avadanlıqları ilə təchiz olunmuş idman meydançaları, idman qurğuları yaradılır.
   Bakı şəhər İcra Hakimiyyətinin müvafiq tapşırığına əsasən “Abad məhəllə” layihəsi çərçivəsində Ümummilli lider Heydər Əliyevin 96-cı ildönümü münasibətilə Bakı şəhəri ərazisində salınmış həmin məhəllələrdə yeniyetmələr arasında idmanın müxtəlif növləri üzrə yarışlar keçirilir. Tapşırığın icrası ilə bağlı Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən təsdiq olunmuş təqvim planına əsasən, Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki İ.Nəbiyev və Ş.Xəlilov küçələrində salınmış “Abad məhəllə”də 28 aprel 2019-cu il tarixdə yeniyetmələr arasında mini futbol və şahmat turnirləri keçirildi. Futbol üzrə turnirin final  görüşündə 106 və 233 № li məktəblərin komandaları öz qüvvələrini sınadılar. Daha gözəl oyun nümayiş etdirən 106 № li məktəb yarışın qalibi adına layiq görülərək rayonumuzu Bakı mərhələsində təmsil etmək hüququnu qazandı. Şahmat idman növü üzrə isə aşağıdakı idmançılar qalib adını qazandılar:

             Qızlar                                                         Oğlanlar

Hüseynova Aynur-I yer                                    Ağayev Nail-I yer                  
Hüseynova Fatimə-II yer                                  Məmmədov Arif-II yer                     
Həmidzadə Nərmin-III yer                                Kilvişkili Turan-III yer

Qaliblər müvafiq dərəcəli diplomlar, medallar və kubokla mükafatlandırıldılar.

Keçidlər