Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə 28 saylı uşaq musiqi məktəbinin kollektivi 9 saylı uşaq musiqi məktəbində konsert keçirib

11 may 2019 | 11:00

   11 may 2019-cu il tarixində 28 saylı uşaq musiqi məktəbinin kollektivi Azərbaycan Respublikasının Ümummilli lideri XX əsr dünya siyasətində xüsusi yeri olan müdrik insan və müdrik siyasətçi Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Lökbatan qəsəbəsində yerləşən 9 saylı uşaq musiqi məktəbində konsert  keçirib.
   Tədbiri  fortepiano şöbəsinin müəllimi Samirə Həsənli açaraq,  Ümumilli  lider Heydər Əliyevin siyasi fəaliyyəti, Azərbaycan mədəniyyətinin davamlı  inkişafında müstəsna  yer  tutması haqqında gördüyü işlər barədə məlumat vermişdir.
   Konsertdə skripka şöbəsinin  müəllimləri Lalə Şəfiyeva və Aydan Kazımovanın sinifində təhsil alan şagirdlər çıxış etdilər.
   Konsert proqramında şagirdlər Azərbaycan və Avropa bəstəkarlarının əsərlərini ifa etmişdilər.
   Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti Aparatının və YAP Qaradağ rayon təşkilatının nümayəndələri  iştirak etmişdilər.

Keçidlər