Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ rayonu üzrə “İntellektual birinci” adlı layihəyə başa çatdı

05 may 2019 | 11:00

     Qardağ rayon Gənclər və İdman idarəsi və Qaradağ Gənclər Evinin birgə təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş Qaradağ rayonunun "İntellektual birincisi" adlı çöxnövçülük üzrə intellektual yarışlar sona çatdı.
   Yarış rayonun 11 qəsəbəsinin  26 məktəbini əhatə edirdi. Ümumilikdə 192 nəfər gəncin iştirak etdiyi 32 komanda 1 ay müddətində  “Nə?, Harda?, Nə zaman?”, “Xəmsə” və “Brein ring” intellektual oyunları üzrə seçim turlarında iştirak etdilər.
   Cari ilin 5 may tarixində keçirilən final mərhələsində “Mübarizlər” (274 saylı tam orta məktəb) 1-ci yerə, “Nirvana” (228 saylı tam orta məktəb) 2-ci yerə, Alliance (228 saylı tam orta məktəb) 3-cü yerə layiq görüldü. Qaliblər müvafiq dərəcəli diplomlar və kubokla mükafatlandırıldılar.

Keçidlər