Şriftin ölçüsü :

Saytın rəngi :

Əsgərlər arasında “Mən Heydər Əliyev irsini öyrənirəm” bilik yarışı

09 may 2019 | 11:00

    09 may 2019-cu il tarixdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş Qaradadağ rayonu ərazisində yerləşən Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının “N” saylı hərbi hissənin əsgərlərindən ibarət komandaları arasında “Mən Heydər Əliyev irsini öyrənirəm” adlı bilik oyunu keçirildi.
   Tədbirdə iştirak edən Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov söyədi ki, görkəmli siyasi xadimi Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Qaradağ rayon İcra Hakimiyyəti başçısının sərancamı ilə təsdiq edilmiş tədbirlər planına müvafiq olaraq rayon ərazisində silsilə xarakterli tədbirlər keçirilir və bugünki tədbir də həmin tədbirlər planının bəndlərindən biridir. O qeyd etdi ki, Respublikamızın hər bir guşəsində bu tarix Azərbaycanın ən şərəfli tarixi günlərindən biri kimi qeyd olunur. Heydər Əliyein vətənimiz üçün gördüyü işlər daim yaddaşlardadır. Bu yaddaşsa  bir estafet kimi yaşlı nəsildən gənc nəslə ötürülməli, ulu öndərin irsi gənclər tərəfindən öyrənilməli və təbliğ edilməlidir. Bu məqsədlə ulu öndərin həyat və fəaliyyətinə həsr olunmuş bilik yarışı müstəsna əhəmiyyətə malikdir.
   Bilik yarışının qayda və şərtləri izah olunduqdan sonra yarışa start verildi. Üç mərhlədə keçən yarışın ümumi yekun nəticəsinə əsasən “Mübarizlər” komandası  I yerə, “Şahinlər” II yerə və “Döyüşçü” III yerə layiq görüldü. Qaliblər fəxri fərmanlar, medallarla təltif edildilər.

 

Keçidlər