Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş voleybol turniri

07 aprel 2019 | 11:00

   Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə münasibətilə  07 aprel  2019-ciu il tarixdə 106 № li məktəbin idman zalında  rayon məktəblərindən ibarət komandalar arasında voleybol turniri keçirildi.
   Turnirin açılış mərasimində iştirak edən Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Eiçin Abbasov çıxış edərək qeyd etdi ki, Qaradağ rayon İcra Hakimiyyətinin müvafiq sərəncamı ilə təsdiq olunmuş tədbirlər planına əsasən ulu öndərin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilir və keçirilən voleybol turniri də həmin tədbirlər planının tərkib hissəsidir. Əsası Ulu Öndər tərəfindən qoyulmuş idman siyasəti sayəsində əldə olunmuş nailiyyətlərdən və bu siyasətin Dövlət Başçısı, milli idmanımızın hamisi İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilməsi haqqında danışıldı.
    Yarış gərgin mübarizə şəraitində keçdi. Daha yaxşı oyun nümayiş etdirən 180 № li məktəbin komandası I yerə, 106 № li məktəbin komandası II yerə, 288 № li məktəbin komandası III yerə layiq görüldü. Qaliblər kubok, medallar və diplomlarla mükafatlandırı.

Keçidlər