Şriftin ölçüsü :

Saytın rəngi :

28 Aprel – Beynəlxalq Əməyin Mühafizəsi günü

15 may 2019 | 11:00

   “Holcim Azərbaycan ASC”-nin dəstəyi və “Qaradağ Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin təşkilatçılığı ilə 13 Aprel -14 may 2019-cu il tarixlərində  “28 Aprel – Beynəlxalq Əməyin Mühafizəsi günü” münasibətilə “Təhlükəsiz gələcək naminə” adlı video müsabiqə keçirilmişdir.
   Müsabiqənin ilk mərhələsi 13-29 aprel tarixlərində keçirilmiş və   "Təhlükəsizlik kəmərindən istifadə”, “Məişətdə qazın təhlükəsiz istifadəsi”, “Spirtli və narkotik maddələrin insan sağlamlığına olan ziyanı”, “Yol təhlükəsizlik qaydaları”, “İctimai yerlərdə yanğın təhlükəsizliyi və yanğın qarşısının alınması” mövzularını əhatə edən 9 video müsabiqəyə qoşulmuşdur.
   14 Aprel tarixində keçirilən mükafatlandırma mərhələsində gəncləri təltif etmək və Gənclər Evinin fəaliyyəti ilə tanış olmaq məqsədilə Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini cənab İntiqam Babayev, Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, Holcim Azərbaycan şirkətinin rəhbəri cənab Frederic Guimbal və bir sıra qonaqlar iştirak etmisdirlər.
   Qaliblər diplom və mükafatlarla təltif olunmuşdurlar.

 

Keçidlər