Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ rayonunda iməcilik keçirilmişdir

08 iyun 2019 | 11:00

   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əhalinin məşğulluq səviyyəsinin artırılması, maddi rifahının yüksəldilməsi və abadlıq-quruculuq işlərinin davam etdirilməsi istiqamətində verdiyi tapşırıqların yerinə yetirilməsi xüsusi diqqət mərkəzindədir.
   Bununla bağlı Qaradağ rayonunda bir sıra işlər həyata keçirilmiş və hazırda növbəti layihələrin reallaşdırılması davam etdirilir. Həyata keçirilən layihə çərçivəsində rayon ərazisindəki bir sıra həyətlərdə abadlaşdırma işləri aparılmış, mövcud yaşıllıqlar bərpa edilmiş, yeni yaşıllıq zolaqları yaradılmış, gənclərin sağlam həyat tərzi sürmələrinə, sağlamlıqlarının möhkəmləndirilməsinə, asudə vaxtlarını səmərəli keçirmələrinə nail olmaq məqsədi ilə abadlaşdırma işləri aparılmış ayrı-ayrı ünvanlarda əyləncə qurğuları yerləşdirilmiş, futbol meydançaları və idman alətlərindən ibarət meydançalar salınıb.
   Rayonda ekoloji tarazlığın qorunması, əhalinin diqqətini yaşıllıqların qorunmasına yönəltmək və paytaxtımızın daha da gözəlləşməsi istiqamətində həyata keçirilən tədbirlər daim nəzarətdə saxlanılır.
   Bu tədbirlərin davamı olaraq 8 iyun  2019-cu il tarixində Qaradağ rayon ərazisində növbəti iməcilik keçirilmişdir.
   Keçirilmiş ümumrayon iməciliyində idarə, müəssisə, təşkilat və özəl qurumların inzibati ərazilərində təmizlik, abadlıq və yaşıllaşdırma işlərinin aparılması məqsədi ilə əmək kollektivlərinin üzvləri səfərbər edilməli və bütün ərazidə təmizlik işləri aparılıb.
   İməcilik zamanı Qaradağ rayonunun bütün qəsəbələrində mövcud parklardakı əkilən  gül kolları yenilənmiş, mövcud yaşıllıqlara qulluq göstərilib.
   Tədbirdə Qaradağ rayon İcra Hakimiyyəti Başçısı Aparatının kollektivi, idarə və müəssisələrin nümayəndələri iştirak etmişlər. Rayonda son illər ənənə halını almış həyata keçirilən yaşıllaşdırma işlərində sakinlər, idarə və təşkilatların nümayəndələri yüksək fəallıq nümayiş etdirirlər. Görülən işlərə görə rayon sakinləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirib.

Keçidlər