Şriftin ölçüsü :

Saytın rəngi :

Məzun gününə həsr olunmuş "ƏIvida məktəb" adlı bayram tədbiri keçirilib

08 iyun 2019 | 11:00

   8 iyun tarixində Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev mərkəzində 233 nömrəli orta məktəbin 11 "D" sinfinin məzun gününə həsr olunmuş "ƏIvida məktəb" adlı təntənəli bayram tədbiri keçirilib.
   Tədbirdə dəvət olunmuş qonaqlar, millət vəkili, Qaradağ Rayonu İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, məktəbin direktoru və müəllim heyəti, həmçinin əvvəlki illərin məzunları iştirak ediblər.
   Tədbir 233 nömrəli tam orta məktəbin direktoru Gülər Bəbirovanın məktəbi bitirən şagirdlərin məzun olmaları münasibətilə təbrik çıxışı və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsilə başladı.
   Qaradağ Rayon İcra Hakimiyyətinin başçısının müavini Təranə İsmayılova çıxış edərək İcra hakimiyyətinin başçısı Süleyman Mikayılovun salamlarını və təbriklərini çatdırmışdır. Məzunlara uğurlar arzulayıb və onları məktəbi bitirmələri münasibətilə təbrik edib.
   "Bu, sizin həyatınızda uğurla keçdiyiniz bir mərhələdir və indi sizi irəlidə yeni, daha maraqlı bir dövr gözləyir. Siz güclü bir xarakterə, çalışqanlığa malik, böyük müvəffəqiyyət əldə etmək istəyi olan fərdlər kimi yetkin həyata qatılırsınız. Qarşıya qoyduğunuz məqsədlərdən qorxmayın və cəsarətlə hədəflərinizə doğru gedin, hətta bu məqsəd ilk baxışdan mümkünsüz görünsə belə".
   Milli Məclisin deputatı, Azərbaycan Rus Cəmiyyətinin sədri Mixail Zabelin çıxış edərək məzunlara uğurlar və sonrakı həyatlarında böyük nəaliyyətlər arzulayıb. O, həmçinin Rusiyanın ali təhsil müəssisələrində müvəffəqiyyətlə təhsil alan və maddi durumu çətin olan tələbələrə dəstək olan "Moskva Bələdiyyə Başçısı təqaüdü" proqramı kimi bir sıra təhsil proqramları və təqaüdlər haqqında da danışıb.
   "11D" sinfinin sinif rəhbəri Natalya Paramonova vida çıxışı edib. O, hər bir şagird barədə ayrı-ayrılıqda xoş sözlər deyərək, ən yaddaqalan anları xatırladıb.
   Tədbir 11-ci "D" sinifinin məzunlarının Ştrausun Vyana Valsınının sədaları altında rəqsi ilə başa çatdı.

Keçidlər