Şriftin ölçüsü :

Saytın rəngi :

“15 iyun – Milli Qurtuluş Günü” münasibətilə Qaradağ rayonunda yerləşən “N” saylı hərbi hissədə şəxsi heyətlə görüş

13 iyun 2019 | 11:00

   13 iyun 2019-cu il tarixdə Gənclər və İdman Nazirliyi ilə birgə rayon ərazisində yerləşən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tərkib hissəsi olan Hərbi Dəniz Qüvvələrinin “N” saylı hərbi hissəsində şəxsi heyətlə “Milli Qurtuluş Günü” münasibətilə görüş keçirildi. Rəsmi hissə əsgərlərin Azərbaycan Respublikasının Dövlət himnini oxuması ilə başlandı.
   Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov “Milli Qurtuluş Günü”nün tarixi məqsədləri və əhəmiyyətindən danışaraq zabit və əsgərləri həmin gün münasibətilə təbrik etdi. Qeyd olundu ki,    Аzərbаycаnın ən yеni tаrixinə qızıl hərflərlə həkk оlunmuş bu təqvim günü qеyri-аdi kеyfiyyətlərə mаlik nаdir şəxsiyyət, fövqəlbəşər insаn, müstəqilliyimizin xilаskаrı və ən nəhаyət “Аzərbаycаn” аdlı əsərin müəllifi Ümummilli Lidеrimiz Hеydər Əlirzа оğlu Əliyеvin ikinci dəfə hаkimiyyətə qаyıdışı günüdür.
   Ulu Öndərin keçdiyi tarixi yola bir daha nəzər salmaq, bu zəngin irsi təbliğ etmək, ən əhəmiyyətlisi isə Heydər Əliyev epoxasını öyrənmək məqsədilə Qaradağ rayon İcra Hakimiyyəti tərəfindən tədbirlər planı hazırlanmış və keçirilən görüş də həmin tədbirlər planının çoxsaylı bəndlərindən biridir.
   Tədbirin ikinci hissəsində bir çox musiqi müsabiqələrinin mükafatçılarının ifasında konsert proqramı verildi. Əsgərlərin böyük sevinci ilə müşayiət olunan görüşün sonunda hərbi xidmətdə fərqlənmiş gənc zabit və əsgərlər təşkilatçılar tərəfindən xatirə hədiyyələri və fəxri fərmanlarla təltif edildi və əsgərlərin asudə vaxtının daha da səmərəli keçirilməsi üçün hərbi hissəyə idman malları hədiyyə edildi.
    Hərbi hissə rəhbərliyi də öz növbəsində Gənclər və İdman Nazirliyini, Qaradağ rayon Gənclər və İdman İdarəsini və Heydər Əliyev Mərkəzini təşkil olunmuş görüşə görə minnətdarlıq əlaməti olaraq fəxri fərmanlarla təltif etdilər.

Keçidlər