Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ Rayon İcra Hakimiyyətinin 2019-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş Şura iclası keçirilmişdir.

05 avqust 2019 | 11:00

Qaradağ Rayon İcra Hakimiyyətinin 2019-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş Şura iclası keçirilmişdir.
      5 avqust 2019-cu il tarixində, Qaradağ rayonunun  2019-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzəifələrə həsr olunmuş Şura iclasında Prezident cənab İlham Əliyevin yanında sosial iqtisadi sahə ilə bağlı keçirilən  iclasında qarşıya qoyulmuş vəzifələr geniş müzakirə olundu, qarşıdakı prespektivlərin başlıca hədəflərini əhatə edən qərar qəbul edildi.    
      İclası giriş sözü ilə açan Qaradağ rayon İcra hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası barədə ətraflı məlumat vermişdi.  Bildirildi ki, Respublikada əldə olunan uğurlar hər bir bölgədə olduğu kimi, Bakının Qaradağ rayonunda da sosial-iqtisadi inkişaf təmin edilmiş, abadlıq və quruculu tədbirləri davam etdirilmişdir. Ölkə başçısının paytaxtın və onun rayonlarının hərtərəfli inkişafı ilə bağlı həyata keçirdiyi siyasətin növbəti hədəfləri barədə məlumat verdi. Natiq qeyd etdi ki, Prezident cənab İlham Əliyevin yerli icra strukturlarına verdiyi tapşırıqların  icrası ardıcıl olaraq davam etdirilmişdir.    Rayon üzrə iqtisadiyyatın bütün sahələrində mövcud olan artım dinamikası saxlanılmış, sənaye sahəsində 2019-cu ilin yanvar-iyun aylarında Qaradağ rayonunun sosial-iqtisadi həyatında da 2019-cu ilin yanvar-iyun ayları ərzində  604 milyon 865 min manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 18,6 faiz çox sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir. 2019-cu ilin yanvar-iyun aylarında nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən 44 milyon 860 min manat həcmində xidmət göstərilmiş, əvvəlki ilin müvafiq dövrünə nisbətən 13,9 faiz artmışdır.Hesabat dövründə istehlak bazarı dinamik inkişaf etməkdə davam etmiş və pərakəndə ticarət şəbəkəsindən rayon əhalisinə 1 milyard 217 milyon 220 min manatlıq  əmtəə satılmışdır, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,5 dəfə artım deməkdir. Tikinti sektorunda hesabat dövründə bütün maliyyə mənbələri hesabına   63 milyon 424 min manat əsas fondlar istifadəyə verilmişdir. Hesabat dövrü ərzində Qaradağ rayonunda  iqtisadi və sosial sahələrin inkişafı üçün maliyyə mənbələrindən əsas kapitala  192 milyon 514 min manat məbləğində investisiya yönəldilmişdir.Əhaliyə göstərilən pullu xidmətlərin həcmi 67 milyon 60 min manat təşkil etmişdir. 2019-cu ilin yanvar-mart ayları ərzində hüquqi və fiziki şəxslər tətəfindən rayon ərazisində 1010 yeni iş yeri yaradılmışdır.  Eyni zamanda DOST İŞ MMC tərəfindən 968 nəfər işaxtaran vətəndaş müxtəlif sahələrdə işlə təmin olunmuşdur.
        Qeyd olunmuşdur ki, Qaradağ Rayonu ərazisində mərhələli və planlı şəkildə həyata keçirilən abadlıq-quruculuq işləri çərçivəsində 2019-cu ilin birinci yarısında birliyin mənzil fondunun yaxşılaşdırılması məqsədilə rayonun Lökbatan, Ələt, Sahil, Müşfiqabad, Qızıldaş və Sənqaçal qəsəbələrinin yaşayış binalarında ümumilikdə 32000 kv.m dam örtükləri təmir olunmuşdur.
          Rayonun Lökbatan qəsəbəsi Əli Məhəmmədov küçəsində yerləşən 1 və 5 saylı binanın qarşısında salınmasına başlanmış yeni abad məhəllədə hazırda son tamamlama işləri aparılır. Həmin ərazidə müxtəlif növ tullantılar daşınmış, 22 kub.m çınqıl və 120 kub.m münbit torpaq verilmiş, 222 kv.m hörgü, 444 kv.m suvaq işləri görülmüş, 108 kv.m üzlük daşı döşənmiş, eyni zamanda 3ədəd kölgəlik və 2 ədəd oturacaq üçün yerlər hazırlanmışdır. Yaxın günlərdə abad məhəllənin sakinlərinə istifadəsinə verilməsi nəzərdə tutulmuşdur.                       
          Rayonun Lökbatan qəsəbəsi Nizami küçəsi 3 və Dadaş Bünyadzadə küçəsi 9 və 10 saylı binaların bloklarında 12 ədəd giriş qapıları, 36 ədəd blok pəncərələri quraşdırılmış və hazırda binaların fasadlarında təmir işləri davam edir. Eyni zamanda rayonun Lökbatan qəsəbəsi 28 may küçəsində 3,4,6 saylı və Nəriman Nərimanov küçəsində 10/1 və 12 saylı binalarında qəzalı vəziyyətdə olan 26 ədəd eyvan bərpa edilmiş, 28 may küçəsində 8,10,14,18,26 saylı binaların fasadında 4200 kv.m təmir işləri görülmüşdür.   
        Rayonda 60 çoxmənzilli yaşayış binasında 215 ədəd lift qurğusundan 01 iyul 2019-cu il tarixdən başlayaraq 78 ədəd lift kabinəsinin dəyişdirilməsinə başlanmışdır ki, bunlardan da 62 ədədi Müşviqabad, 16 ədəd isə Sahil qəsəbəsində nəzərdə tutulmuşdur. Hazırki dövrə rayonun Müşviqabad qəsəbəsində 15 ədəd lift kabinələri  artıq quraşdırılmış, digər lift kabinələri isə qəsəbələrə gətirilərək saxlama yerində yerləşdirilmişdir. Hesabat dövrü ərzində rayonun Lökbatan, Müşfiqabad, Korgöz və  Qobustan qəsəbəsində 51500 kv.m yeni asfalt örtüyü salınmışdır. Həmçinin rayonun Sanqaçal-Çeyildağ yolu yenidən əsaslı təmir edilmişdir.   
           Hesabat dövründə rayonun Lökbatan, Ələt, Sahil, Qobustan, Sənqaçal, Qızıldaş və Müşfiqabad qəsəbəsinin xidməti ərazilərində 44 ədəd yeni məişət tullantısı məntəqəsi tikilmiş, 183 ədəd konteynerlər yenisi ilə əvəz edilmiş, 470 paqometr beton bardürlər təmir edilmişdir.Rayonun qəsəbələrindən ümumilikdə 93440 kub.m məişət tullantısı daşınmışdır.       
      Yaşıllıq ayları çərçivəsində rayon ərazisində 10500 ədəd müxtəlif ağac və gül kolları əkilmiş, 4200 kv.m yeni çəmən örtüyü salınmş, eyni zamanda  mövsümi budama işləri aparılmış, quru ağaclar təmizlənmiş, çoxillik güllərə qulluq göstərilmişdir.           
         Qaradağ rayonunda sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, mövcud şəhərsalma normalarına cavab verməyən, şəhərin ümumi görünüşünə xələl gətirən yaşayış binalarının, sosial və digər qeyri-yaşayış obyektlərinin sökülərək yenidənqurulması, pilot layihə formatnda yeni yaşayış binalarının inşa edilməsi məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhəri Binəqədi və Qaradağ rayonunun Sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 8 saylı 22 yanvar 2016-cı il tarixli Qərarının icra olunması istiqamətində keçən dövr ərzində rayon İcra Hakimiyyəti tərəfindən ardıcıl işlər görülmüşdür.  
    Rayon mənzil-kommunal təsərrüfatı, su-kanal, enerji təchizatı və satışı, qaz və istilik xidməti  müəssisələrinin işi daim RİH-in nəzarətində saxlanılıb, yaranmış çətinlik və problemlərin aradan qaldırılmasına operativ kömək göstərilib.  2019-cu ilin birinci yarısında ümumilikdə 7061 metr qaz xətti, 854  paqon metr müxtəlif diametrli su və kanalzasiya xətti, 30685 metr müxtəlif gücə malik yeni kabel xətləri çəkilmiş və təmir edilmişdir.    
    Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə tarixi günlər və yubileylərlə bağlı kütləvi tədbirlər keçirib, ümumxalq  bayramları, ayrı-ayrı peşə günləri təntənə ilə qeyd olunub.     
  Vətəndaşların müəyyən edilmiş vaxtlarda qəbulu, onların müraciətlərinə əsaslandırılmış yazılı cavabların verilməsi, şəffaflığın artırılması, mövcud nöqsanların aradan qaldırılması məsələləri daim diqqət mərkəzində saxlanılıb.    Məruzə ətrafında müzakirələrdə Qaradağ Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri  Şikar Hüseynalıyev və BOS SHELF MMC-nin direktoru  İxtiyar Axundov çıxış edərək görülmüş işlər və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verdi.  İclasda əldə olunmuş nailiyyətlərlə yanaşı həm də həllini gözləyən problemlər, rayonda aparılmaı nəzərdə tutulan abadlıq işləri,vətəndaşların müraciətləri ilə bağlı görülən işlərdə müzakirə olunmuşdur.   
    Hesabat göstəricilərinə yekun vuran  Qaradağ Rayon İcra Hakimiyyətinin Başçısı cənab Süleyman Mikayılov qeyd etdi ki, əldə olunmuş uğurlar yeni nailiyyətlər üçün möhkəm zəmin yaradılıb.      
   Hesabat yığınağında Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluqçularının təltif edilməsi haqqında” 22 iyun 2019-cu il tarixli, Sərəncamına əsasən “Dövlət qulluğunda fərqlənməyə” görə medalı ilə Qaradağ Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Abbasağa Adil oğlu Babayevin təltif edilməsi münasibətilə təbrik edilmişdir.    
     Hesabat yığıncağının iştirakçıları Prezident cənab İlham Əliyevə Qaradağ Rayonun inkişafına hər zaman göstərdiyi diqqət və qayğıya görə dərin minnətdarlıq bildirilmişdi.

Keçidlər