Şriftin ölçüsü :

Saytın rəngi :

Quruculuq abadlıq işləri davam edir

14 sentyabr 2019 | 11:00

   Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılovun sədrliyi ilə payız-qış mövsümünə hazırlıqla əlaqədar keçirilmiş 03 sentyabr 2019-cu il tarixli müşavirə ölkə başçısı cənab İlham Əliyevin tapşırıqlarına əsasən paytaxtda qış mövsümünə hazırlıqla bağlı tədbirlərin həyata keçirilməsi məsələsi rayon Mənzil Kommunal Təsərrüfatı qarşısında prioritet məsələ kimi qoyulmuşdur. Qeyd edilmişdir ki, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev tərəfindən qarşıya qoyulan vəzifələrin icrası məqsədilə təxirəsalınmaz tədbirlər həyata keçirilməli, payız-qış mövsümünə hazırlıqla əlaqədar keçirilmiş monitorinqlərin nəticəsində ortaya çıxan problemlər dərhal aradan qaldırılmalıdır.
   Ümumilikdə 2019-cu il ərzində Qaradağ rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olan çoxmərtəbəli binaların 23000 m2 dam örtüyü şüşəruberoidlə təmir edilmiş, hal-hazırda bu işlər rayon üzrə davam etdirilməkdədir.
   Belə ki, ötən dövr ərzində aparılmış quruculuq abadlıq işləri çərçivəsində Müşviqabad qəsəbəsində çoxmərtəbəli binalarda lift təsərrüfatının yenilənməsi ilə əlaqədar 62 ədəd liftin şaxtasının dam örtüyü şüşəruberoidlə tam təmir edilmişdir. Müşviqabad qəsəbəsi üzrə 4500 kv.m, Lökbatan qəsəbəsi üzrə 7250 kv.m, Sahil qəsəbəsi üzrə 4500 kv.m, Sanqaçal qəsəbəsi üzrə 1500 kv.m, Ələt qəsəbəsi üzrə 4000 kv.m, Qızıldaş qəsəbəsi üzrə 1250 kv.m dam örtüyü şüşəruberoidlə təmir edilmişdir. Bu işlərin davamı olaraq yaxın müddət ərzində daha 25000 dam örtüyü şüşəruberoidlə təmir ediləcəkdir.
   Quruculuq abadlıq işləri çərçivəsində çoxmərtəbəli yaşayış binalarının fasadları, giriş qəfəsləri təmir edilmiş və bu işlər davam etdirilməkdədir. Belə ki, Lökbatan qəsəbəsi, Nizami küçəsi, 3 və Bünyadzadə küçəsi, 9 və 10 saylı binalarda 10 ədəd blok giriş qapısı yeni dəmir qapı ilə əvəz edilmiş, 50 ədəd blok pəncərəsi yeni plastik pəncərəsi yenilənmiş, 14 balkon yenidən hörülmüş, 60 ədədi isə təmir edilmişdir. Hal-hazırda bu binaların fasadlarının rənglənməsi və həyətdə yerinə yetirilən abadlıq işləri tamamlanmaq üzrədir.
    Ümumilikdə cari il ərzində 72 ədəd giriş qapısı yenisi ilə əvəz edilmiş, 38 ədədi təmir edilmiş , 164 ədəd blok pəncərəsi təmir edilmiş, 220 kv.m pəncərə şüşələnmişdir.
    Payız qış mövsümünə hazırlıqla əlaqədar rayon su görülmüş işlər nəticəsində 360 p.m suötürücü borular yenisi ilə əvəz edilmiş, 1480 p.m boru isə təmizlənmişdir.
    Qaradağ rayonunda aparılan abadlıq-quruculuq və mövsüm hazırlıq işləri davam etdirilir.

Keçidlər