Şriftin ölçüsü :

Saytın rəngi :

Sevimli şairimiz Mikayıl Müşfiqə abidə qoyulmuşdur

02 oktyabr 2019 | 11:00

   Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində təqribən 30 il bundan əvvəl beton pyedestal üzərində gipsdən qoyulmuş büst yararsız vəziyyətə düşdüyünə, müasir tələblərə cavab vermədiyinə, üz cizgilərinin şairin görünüşünü ifadə etmədiyinə görə onun əvəzinə yeni abidənin hazırlanıb qoyulması Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən qərara alınmışdır.
   Məlumat üçün bildiririk ki, hər dəfə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının Müşfiqabad qəsəbəsində keçirdiyi səyyar görüşlərdə qəsəbə sakinləri müraciət edərək abidənin Mikayıl Müşfiqin adına layiq olmadığını və dəyişdirilməsini xahiş etmişlər.
    Abidənin yenisi ilə əvəz olunması barədə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı tərəfindən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə müraciət olunmuş və müsbət cavab alınmışdır.
   Qaradağ Rayon İcra Hakimiyyətinin sifarişi ilə abidə hazırlanmışdır. Sentyabr ayının 30-da ağ mərmərdən yonulmuş müasir tələblərə cavab verən büst qırmızı mərmərlə üzlənmiş pyedestal üstünə qoyulmuşdur.
   Eyni zamanda Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən abidənin ətrafında genişmiqyaslı yenidənqurma və abadlıq işləri aparılmaqdadır. Yararsız vəziyyətdə olan əvvəlki abidə isə götürülmüşdür.
   Yaxın günlərdə yeni qoyulmuş abidənin açılış mərasimi keçiriləcəkdir.

Keçidlər