Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanda Yaponların qədim mədəniyyət nümunəsi olan origaminin tanıdılması

30 oktyabr 2019 | 11:00

    30 oktyabr 2019-cu il tarixində Qaradağ Rayon İcra Hakimiyyətinin dəstəyi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının  korporativ sosial məsuliyyət çərçivəsində təşkilatçılığı ilə  Yaponiyanın Azərbaycandakı Səfirliyinin Mədəniyyət, Təhsil və İctimai Əlaqələr şöbəsinin müdiri, 3-cü katib Daiki İşikava və  Yaponiyanın Azərbaycandakı  Səfirliyinin nümayəndələri ilə birlikdə Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən Əhməd Zeynallı adına 302 saylı tam orta məktəbin qonağı olmuşdur.
    Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin müavini Təranə İsmayılova, rayon icra hakimiyyətinin məsul işçiləri, məktəb rəhbərliyi, müəllimlər və şagirdlər  iştirak edirdilər.
  Tədbirdə Təranə xanım çıxış edərək Azərbaycanın Yaponiya ilə dostluq əlaqələrindən danışdı. Azərbaycanda Yapon mədəniyyətinə böyük marağın olduğunu vurğuladı. Gənclərimizin inkişafında, dünyagörüşünün formalaşmasında mədəniyyətlərarası dialoqun əhəmiyyətini qeyd etdi.
   Cənab Daiki İşikava da Azərbaycanı çox sevdiyini, onun qədim mədəniyyətinə heyran olduğunu qeyd etdi. Yapon mədəniyyət nümunələrinin Azərbaycanda tanıdılması istiqamətində səfirliyin fəaliyyətindən danışdı. Cənab Daiki İşikava şagirdlərlə çox səmimi münasibət qurdu və onlarla həm Azərbaycan, həm də Yaponiyanın mədəniyyətlərinin qarşılıqlı əlaqəsindən söhbət açdı.
   Yaponların qədim mədəniyyət nümunəsi olan origaminin hazırlanması barədə şagirdlərimizə məlumat verildi və origami düzəldilməsi üzrə master klass keçdilər. Əyani olaraq uşaqlar arasında yarış keçirildi. Şagirdlər də öz növbələrində Azərbaycan xalq mahnısı və rəqslərini ifa edib, yapon döyüş növlərindən nümunələr göstərdilər.
    Sonda xatirə şəkli çəkildi.

Keçidlər