Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Milli Qəhrəmanı Yusif Əliyevin anadan olmasının 50-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.

03 dekabr 2019 | 11:00

   2 dekabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Milli Qəhrəmanı Əliyev Yusif Əliyusif oğlunun anadan olmasının 50-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. Tədbir Aşıq Rza Qobustanlı adına Mədəniyyət evində təşkil olunmuşdur.
   Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, Qaradağ Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə Əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov, Qaradağ Rayonu Çevik Polis alayının polis kapitanı Fuad Bayramov, xidmət üzrə inspektor, mayor Rəşad Şıxnəbiyev ,"Milli Qəhrəman Fred Asif Fondu"nun sədri, Qarabağ qazisi Ədalət Məhərrəmov, Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtım İB-nin Nərimanov şöbəsinin sədri Ədhəm Məmmədov, Milli Qəhrəmanın ailə üzvləri, silahdaşları, sinif yoldaşları, Yusif Əliyev adına 195 nömrəli məktəbin rəhbərliyi və müəllim- şagird kollektivi və ictimaiyyət nümayəndələri iştirak edirdilər.
   Tədbirin keçirilməsində əsas məqsəd fəxrimiz, Milli Qəhrəmanımız Yusif Əliyevin xatirəsini hörmət və ehtiramla yad etmək, şagirdlərə Qəhrəmanlarımızı tanıtmaq, gənc nəsli milli vətənpərvərlik ruhunda tərbiyə etmək, onlarda öz dövlətinə, ana torpağına qarşı sevgi hissini gücləndirmək olmuşdur.
   Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olundu. İlk olaraq şagirdlərin ifasında "Şəhidlik" adlı ədəbi-bədii kompozisiya nümayiş olundu. Daha sonra  şagirdlər Yusif Əliyevin xatirəsinə həsr olunmuş şerləri, vətənpərvər çıxışları ilə  Qəhramanımıza qarşı olan sevgi, qürur hislərini bir daha  nümayiş etdirdilər. Gənclərimizin Vətənə, Milli Qəhrəmanlarımıza həsr olunmuş müxtəlif kompozisiyaları bir daha onu sübut etdi ki, düşmən sevinməsin hələ neçə-neçə Yusiflərimiz yetişməkdədir. Tədbirdə çıxış edənlərin hər biri Milli Qəhrəmanın ailə üzvlərinə dərin hüznlə baş sağlığı verərək, qeyd etdilər ki, Milli Qəhrəmanlar tariximizin şanlı səhifələridir. Biz bu gün, kədərlənməklə yanaşı həm də şərəf hissi keçiririk. Qəhrəmanları anmaq, qəhrəmanlığa həsr olunmuş bu cür tədbirlər təşkil etmək hər birimizin vətəndaşlıq borcudur və bu cür tədbirlər təhsilalanların inkişafında xüsusi əhəmiyyət kəsb edir. Biz hər birimiz Yusif kimi ölməz Qəhrəmanlarımızla fəxr edirik və bu günki, azad ölkədə firavan yaşamağımıza görə bu Qəhrəmanlarımıza borcluyuq!
   Tədbirin sonunda Milli Qəhrəmanımız Yusif Əliyevin xatirəsinə həsr olunmuş, onun həyat yolunu, vətən uğrunda göstərdiyi şücaətlərini əks etdirən filmin nümayişi  oldu.

Keçidlər