Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndər Heydər Əliyevin anma mərasimi keçirildi

12 dekabr 2019 | 11:00

   12 dekabr 2019-cu il tarixində Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki Heydər Əliyev adına parkda Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin anım mərasimi keçirildi.
   Mərasimdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov, Şura üzvləri və rayon ictimaiyyəti iştirak edirdi.
   İlk öncə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov və Şura üzvləri abidə önünə əklil və gül dəstələri qoydular.
   Daha sonra rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, ardıcıl olaraq mərasimə toplanmış ictimaiyyət nümayəndələri Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzməklə öz dərin ehtiramlarını bildirdilər.
   Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki Heydər Əliyev adına parkda Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin anım mərasimində iştirak edən rayon ictimaiyyəti abidə önünə tər gül çiçək dəstələri qoyduqdan sonra rayonun bütün qəsəbələrində Ulu Öndər Heydər Əliyevin ruhuna dualar oxundu və ehsan süfrələri açıldı.

Keçidlər