Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndərin anım günü münasibətilə ehsan verildi

12 dekabr 2019 | 11:00

   12 dekabr 2019-cu il tarixində Qaradağ rayonunun bütün qəsəbələrində Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar ehsan verilib.
   Ehsan mərasimində rayonun ictimaiyyət nümayəndələri, qəsəbə ağsaqqalları, din xadimləri iştirak ediblər. Mərasimlərində çıxış edənlər Heydər Əliyevin keçdiyi həyat yolu haqda danışıblar. Bildiriblər ki, Heydər Əliyevin qətiyyətli siyasəti nəticəsində Azərbaycan qüdrətli bir dövlətə çevrilib. Heydər Əliyev müstəqil Azərbaycanın yaradıcısı, müstəqil Azərbaycan dövlətinin banisidir. Xüsusi olaraq qeyd edilib ki, bütün Azərbaycan xalqı  bu kədərli günü qeyd edir. Heydər Əliyevi sevənlər bu gün onun əziz xatirəsini yad edir. Səhər tezdən Lökbatan qəsəbəsindəki Heydər Əliyev adına parkda Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin anım mərasimi keçirilib. Rayonun minlərlə sakini Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzməklə öz dərin ehtiramlarını bildirdilər.
   Sonra Heydər Əliyevin və Qarabağ şəhidlərinin ruhuna dualar oxunub.

Keçidlər