Şriftin ölçüsü :

Saytın rəngi :

seçkilərində ilk dəfə səs verən gənclərlə maarifləndirici seminar keçirildi

19 dekabr 2019 | 11:00

   Heydər Əliyev Mərkəzində 23 dekabr 2019-cu il tarixdə keçiriləcək bələdiyyə seçkilərində ilk dəfə səs verən gənclərlə maarifləndirici seminar keçirildi.
   Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısının müavini Təranə İsmayılova, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin şöbə müdiri Gündüz Vəliyev, Qaradağ Rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov, 11 saylı Qaradağ Seçki Dairəsinin sədri Azər Ələsgərov, 12 saylı Qaradağ-Binəqədi-Yasamal Seçki Dairəsinin sədri Qəşəm Əhmədzadə və ilk dəfə səs verən gənclər iştirak edirdi.
   Toplantını giriş sözü ilə açan Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi E.Abbasov gəncləri seçkilərdə ilk dəfə səsvermə hüququ qazanmaları münasibətilə təbrik edərək seminarın keçirilmə səbəbi, onun mahiyyəti, seminardan gözlənilən nəticələr barədə danışaraq, seminarın heç bir təbliğat daşımadığını, yalnız ilk dəfə səs verəcək gənclərin maarifləndirilməsi məqsədilə keçirildiyini bildirdi. Gənclərimizin, xüsusilə seçkilərdə ilk dəfə səs verən  gənclərin daha geniş surətdə maariflənməsi, daha çox biliklərə yiyələnməsi, bir sözlə öz hüquq və vəzifələrini mükəmməl bilməsinin vacibliyini qeyd etdi. Nəzərə çatdırıldı ki, keçirilən tədbir Azərbaycan Respublikasının Prezidentinin 15 sentyabr 2017-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının Tədbirlər Planının 5.7.3 yarımbəndinin icrasını təmin etmək məqsədi daşıyır.
  Tədbirə dəvət olunmuş Rayon İcra Hakimiyyəti başçısının müavini T.İsmayılova bələdiyyə seçkilərinin yüksək səviyyədə keçirilməsi üçün yaradılmış şəraitdən danışaraq seçkilərdə rayon üzrə namizədlərin əksəriyyətini gənclərin təşkil etdiyini gənclərə göstərilən qayğı və etimadın bariz nümunəsi olduğunu söylədi.
   Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin şöbə müdiri G.Vəliyev çıxışında qeyd etdi ki, gənclərə etimad göstərilərək onların irəli çəkilməsi, dövlət orqanlarında yüksək vəzifələrlə təmin olunmaları üçün şəraitin yaradılması təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin prioritet məsələlərindən biri olmuş və bu yol bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilməkdədir.
   12 saylı Qaradağ-Binəqədi-Yasamal Dairə Seçki komissiyasının sədri Q.Əhmədzadə Prezident seçkilərinin tarixi, seçkilərin keçirilməsinin qanunvericilik  əsasları, seçki günü səsvermə proseduru haqqında geniş məlumat verdi.
   İlk dəfə səs verən gənclər adından çıxış edən İqtisad Universitetinin tələbəsi Dünya Məmmədova Azərbaycan gəncliyinin dövlətin diqqət və qayğısı ilə əhatə olunduğundan, onlar üçün yaradılan, uğurlu gənclər siyasəti sayəsində qazanılan nailiyyətlərdən danışdı. Rayon gənclərini dekabrın 23-də gənc namizədlərə dəstək olmaq üçün seçkilərdə fəal olmağa səslədi.
   Daha sonra rayonun ictimai-siyasi, mədəni-kütləvi həyatında fərqlənmiş seçkilərdə ilk dəfə səs verən gənclər fəxri fərmanlar və xatirə hədiyyələri ilə mükafatlandırıldılar.
   Tədbirin sonunda Heydər Əliyev Mərkəzinin foyesində quraşdırılmış seçki məntəqəsində səsvermə günü seçicinin necə səs verməsi əyani şəkildə göstərildi.

Keçidlər