Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ rayonunda 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı qeyd olunub

28 dekabr 2019 | 11:00

   28 dekabr 2019-cu il tarixində 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə Sahil qəsəbəsində yerləşən “Kristal” şadlıq evində bayram tədbiri keçirildi.
   Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov, Milli Məclisin deputatları Mixail Zabelin və Aydın Hüseynov, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri və rayonun ictimai-siyasi həyatında fəallıq göstərənlər iştirak edirdilər.
  Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov tədbirdə iştirak edənləri və onların simasında Qaradağ rayonunun bütün sakinlərini 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə səmimi qəlbdən təbrik etdi. Bir neçə gündən sonra vidalaşacağımız 2019-cu ilin ölkəmizin ictimai-siyasi və sosial-iqtisadi həyatında çox mühüm hadisələrlə yaddaşlara həkk olunduğunu bildirdi. Respublikamızın bu il də möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında həm beynəlxalq aləmdə, həm də ölkə səviyyəsində bir sıra uğurlara imza atdığını xüsusi vurğuladı. Ölkəmizin böyük surətlə inkişaf etdiyini bildirərək, regionlarda geniş vüsət alan sosial-iqtisadi inkişaf, aparılan quruculuq və abadlıq işləri Qaradağ rayonunda da yüksələn templə davam edib.
Rayonumuzda açılan yeni sənaye müəssisələri, yenidən qurulan yollar, qəsəbələrin  abadlaşdırılması hər bir sakinimizin rahat yaşaması üçün görülən işlərdir.
   Görülmüş bütün işlər ölkə rəhbəri cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə olmuşdur.
  Milli Məclisin deputatları Mixail Zabelin və Aydın Hüseynov çıxış edərək tədbir iştirakçılarını 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə təbrik etmiş, onlara 2020-ci ildəki fəaliyyətlərində uğurlar arzuladılar.
   Daha sonra Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov tərəfindən rayonun ictimai-siyasi həyatında öz fəallığı ilə fərqlənən 27 nəfərə fəxri fərman və xatirə hədiyyələri təqdim edildi.
   Tədbir rayonda fəaliyyət göstərən 5 nömrəli Uşaq İncəsənət Musiqi məktəbinin, 28 nömrəli Musiqi məktəbinin şagirdlərinin və tanınmış müğənnilərin ifaları ilə davam etdi.

Keçidlər