Şriftin ölçüsü :

Saytın rəngi :

Koronavirus (COVİD - 19) infeksiyası təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir

05 mart 2020 | 11:00

   Koronavirus (COVİD - 19) infeksiyasının Qaradağ rayonunda yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir.
   Qaradağ rayonunda bu xəstəliyə yoluxma hallarına yol verilməməsi və koronavirus infeksiyasının yayılmasının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədi ilə bir sıra qabaqlayıcı tədbirlər görülür.
   Belə ki, Lökbatan qəsəbəsində binalarda, binalardakı ümumi istifadə yerlərində, giriş blokları və pilləkən marşlarında, sakinlərin daha çox istifadə etdiyi yerlərdən olan lift kabinaları və onun ətrafı, məişət tullantılarının atıldığı konteyner meydançalarında və digər yerlərdə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər aparılır.
   Bu işlər Qaradağ rayonunun bütün qəsəbələrində davam etdiriləcək.
   Bütün işçilərə qorunmaq üçün maskalar paylanılır və işçilərinin səhhəti daim nəzarətdədir.

 

Keçidlər