Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ rayonu ərazisində ciddi maarifləndirmə-təbliğat işləri aparır

28 mart 2020 | 11:00

   Nazirlər Kabinetində yaradılmış Operativ Qərargahın son göstərişlərinə uyğun olaraq koronovirus (COVID-19) pandemiyasına qarşı mübarizə tədbirləri Qaradağ rayonu ərazisində də operativ şəkildə icra olunur.
   Qaradağ Rayon İcra Hakimiyyəti nəzdində yaradılmış Operativ Qərargahının  tədbirlər planına əsasən yaradılmış qruplar Nazirlər Kabineti Operativ Qərargahının son qərarları və göstərişlərinin icrası ilə bağlı rayon əhalisi arasında ciddi maarifləndirmə-təbliğat işləri aparır.
   Operativ Qərargahın qrupları istənilən yaşda olan vətəndaşları ciddi ehtiyac olmadıqca evdən çıxmamaları ilə bağlı məlumatlandırırlar və evdən çıxdıqları təqdirdə özlərinin və yaxınlarının virusa yoluxma şanslarının əhəmiyyətli dərəcədə artdığını bildirir, Qərargahın göstərişlərinə ciddi riayət etməli olduqlarını çatdırırlar.
   Həmçinin rayon ərazisində ehtiyacı olan, tənha və yaşlı vətəndaşlar daim nəzarətdə saxlanılır.
   Bütün təbliğat, maarifləndirmə dezinfeksiya və yardımların göstərilməsi gün ərzində davam etdirilir.

Keçidlər