Şriftin ölçüsü :

Saytın rəngi :

Ucqar Çeyildağ qəsəbəsində dezinfeksiya işləri bu gün də davam etdirilir

28 mart 2020 | 11:00

   Qaradağ rayonunda koronovirus “COVİD 19” infeksiyasına qarşı dezinfeksiya işləri bu gün də davam etdirilir. Bununla əlaqədar olaraq, Qaradağ rayonunda koronovirus xəstəliyinin yayılmasının qarşısını almaq məqsədilə ticarət, turizm, ictimai iaşə və s. sahələrdə xüsusi iş rejimləri tətbiq olunmuş və əhalinin sosial təcrid olunması üçün müvafiq addımlar atılmışdır.
  Qaradağ rayonun bütün qəsəbələrində olduğu kimi, ucqar Çeyildağ qəsəbəsində də koronovirusa yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədi ilə hər gün yaşayış binalarında, binalardakı ümumi istifadə yerlərində, məişət tullantılarının atıldığı konteyner meydançalarında, parklarda, dayanacaqlarda və digər yerlərdə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirləri aparılır. Həmçinin gündəlik olaraq məhəllələrdə də dərmanlanma işləri aparılır. Küçələr dezinfeksiya məhlulları ilə yuyulur.
   Bundan əlavə yaşlı nəslin qorunması üçün tənha və aztəminatlı təqaüddə olan sakinlərə spirt və maskalar da paylanılmışdır. Bütün sakinlərə maksimum dərəcədə evdən çölə çıxma saylarının minimuma endirilməsi, həmçinin hər bir vətəndaşın şəxsi gigiyena tələblərinə riayət etmələrinin vacibliyi barədə məlumatlar verilir.
   Qaradağ Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə koronavirus (COVID-19) infeksiyasından qorunmaq üçün və sakinlərin evdə qalmaları üçün hazırlanmış təbliğat xarakterli plakatlar qəsəbənin bütün ictimai yerlərində, yaşayış massivlərində, küçə və digər yerlərdə asılmışdır.

Keçidlər