Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ rayonunda könüllülük fəaliyyəti geniş vüsət almışdır.

20 may 2020 | 11:00

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışlarına cavab olaraq, Azərbaycanda fəaliyyət göstərən könüllü təşkilatları və hərəkatları tərəfindən yaradılmış Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi (AKƏM) öz fəaliyyətini davam etdirməkdədir.
 Qaradağ rayon könüllüləri yeni növ koronovirus infeksiyasının yarada biləcəyi təhlükə ilə mübarizədə dövlət tərəfindən həyata keçirilən tədbirlərin dəstəklənməsi məqsədilə 27 mart 2020-ci il tarixdən başlayaraq həyata keçirilən layihələrdə fəal iştirak edirlər.
   Keçirilən tədbirlərlə əlaqədar bütün respublikada olduğu kimi rayon könüllüləri də tam səfərbər olunmuş, tənha, aztəminatlı ailələrə baş çəkmiş onların zəruri ehtiyaclarının qarşılanmasına öz töhfələrini vermiş, əhali arasında pandemiya ilə bağlı maarifləndirmə işlərinin aparılması, küçədə maskasız gəzən şəxslərə tibbi maskaların paylanması, həmçinin günümüzün görünməyən qəhrəmanları olan polis və tibb işçilərinə könüllülər adından təşəkkür mesajlarının çatdırılmasında da böyük həvəslə iştirak edirlər.
   Rayonda pandemiya dövründə könüllülər tərəfindən formalaşan  bu nəcib ənənə hal-hazırda da davam etdirilir.

Keçidlər