Şriftin ölçüsü :

Saytın rəngi :

Hər bir vətəndaşa həssas münasibət - böyüyə qayğı, kiçiyə diqqət

22 may 2020 | 11:00

   Məlum olduğu kimi, COVID-19 infeksiyasının ölkədə yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən ölkədə xüsusi karantin rejiminin elan edilmişdir.
   Qaradağ rayonunda da yaşlı, xəstə və tənha şəxslərə evlərində sosial xidmətlərin göstərilməsi və xüsusi qayğıya ehtiyacı olan şəxslərə sosial xidmət göstərilməsi işlərinə başlanılıb. Hazırda  rayonumuzda bu kateqoriyadan olan insanlara evlərində, ev təsərrüfatı ilə bağlı işlərdə, əsas tələbat mallarının, dərman vasitələrinin alınması, kommunal ödənişlərin edilməsi kimi sosial xidmətlər göstərilir. Sosial tərəfdaşlar vasitəsilə tənha və əlilliyi olan şəxslərə ərzaq payı verilib və hal-hazırda bu proses davam edir.
   Sosial dəstək tədbirlərinə, həmçinin həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi də daxildir.
   Göründüyü kimi, koronavirus pandemiyası şəraitində reallaşdırılan bənzərsiz sosial müdafiə tədbirləri Prezident İlham Əliyevin “Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində vətəndaş dayanır”, “Azərbaycan dövləti hər zaman vətəndaşın yanındadır” fikirlərinin bariz təzahürüdür və əməli işlərlə tamamlanır.
   Azərbaycan Prezidentinin əhalinin rifah halının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində verdiyi hər bir qərar, atdığı hər bir addım cəmiyyətdə razılıqla qarşılanır, böyük rəğbət doğurur. Dövlət başçısına bütün bölgələrdən, o cümlədən Qaradağ rayonundan sadə vətəndaşlar tərəfindən  ünvanlanan minlərlə məktubda onlara göstərilən diqqət   və qayğıya görə sonsuz minnətdarlıq hissələri ifadə olunur.

Keçidlər