Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının yanında Şuranın onlayn iclası keçirilmişdir

11 iyun 2020 | 11:00

   11 iyun 2020-ci il tarixində Qaradağ Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın onlayn iclası keçirildi.
   Onlayn iclasda rayon İcra hakimiyyəti başçısı yanında Şura üzvləri, rayon İcra hakimiyyətinin şöbə müdirləri, iştirak edirdi.
   Şurada 2020-ci ilin əvvəlindən başlayaraq dünyada cərəyan edən və fevral ayından Azərbaycana da koronavirus infeksiyasının qarşısının alınması məqsədilə dövlət və hökumət tərəfindən ilk günlərdən təxirəsalınmaz və qətiyyətli tədbirlər, Qaradağ rayonunda görülmüş işlər müzakirə olunub.
  Əhalinin məşğulluğu,  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişinə əsasən yaradılmış sosial işlər və rayon əhalisinin məşğulluğu məsələləri barədə ətraflı söhbətlər aparılıb.    
  Aztəminatlı ailələrə, tənha və imtiyazlı təbəqədən olan insanlara ərzaq yardımı, onları narahat edən problemlər müzakirə olunub. 
   Daha sonra Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı, Şuranın sədri qeyd edib ki, həftə sonları tam qapanma vətəndaşların sağlamlığını qorumaq məqsədini daşıyır. Qapanmanın yalnız həftənin 2 gününü əhatə etməsi, ölkədə kifayət qədər ərzaq ehtiyatının olması, həmçinin maskaların və tibbi spirtin Azərbaycan Respublikasında istehsalının təşkili vətəndaşlarımızın heç bir narahatçılığın olmamasına xidmət edir. Şuranin sədri iclas iştirakçilarına müraciət edərək, Operativ Qərargahın çağırışına "Vətəndaşlar həftəsonları üçün ərzaqlarını əvvəlcədən alsınlar və evdən çölə çıxmasınlar" çağırışına əməl etmək üçün ictimaiyyət arasında müvafiq söhbətlər aparılması, könüllülərlə birgə vətəndaşlar arasında təbliğat aparılmasını xüsusi vurğulayıb.

Keçidlər