Şriftin ölçüsü :

Saytın rəngi :

Ölkəmizə repatriasiya edilmiş Qaradağ rayonunda yaşayan 12 qəyyum ailəyə planşet təqdim edilmişdir

29 iyul 2020 | 11:00

   29 iyul 2020-ci il tarixində Ölkəmizə repatriasiya edilmiş Qaradağ rayonunda yaşayan 12 qəyyum ailəyə planşet təqdim edilmişdir.
  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi İraq Respublikasından 2018-2020-ci illərdə Azərbaycan Respublikasına repatriasiya edilmiş, ölkə vətəndaşı olan uşaqlardan 110 nəfərin pandemiya dövründə təhsilə cəlb edilməsi, onlarla və qəyyum ailələri ilə psixoloji, hüquqi və sosial işin məsafədən aparılması istiqamətində fəaliyyətini davam etdirir.
  Bu məqsədlə sosial təcrid vəziyyətində yaşayan və risk qrupundan olan 109 qəyyum ailəyə göstərilən onlayın xidmətlərin təşkilinin effektliyinin artırılması üçün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü, UNİCEF və Qızılxaç Komitəsinin dəstəyi ilə planşet alınmışdır.
   Qeyd edək ki, repatriasiya edilmiş uşaqlar qəyyumluğa verildikdən sonra Bakı, Sumqayıt və Gəncə şəhərləri də daxil olmaqla ölkənin 23 rayonunda yaşayırlar.
   Planşetlərin 22-31 iyul 2020-ci il tarixlərində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və uşaqların yaşadıqları rayonlar üzrə İcra Hakimiyyətlərinin müvafiq nümayəndəsi ilə birgə ailələrə təqdim edilməsi nəzərdə tutulmuşdur.
 

Keçidlər