Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ Rayon İcra Hakimiyyətində Koronavirusla Mübarizə Qərargah üzvlərinin fəaliyyəti

30 iyul 2020 | 11:00

    28 iyul 2020-ci il tarixində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun sədrliyi ilə onlayn müşavirə keçirilmişdir.
  Onlayn müşavirədə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri,  “Qaradağ rayonunda COVİD-19 koronavirusa yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədi ilə” 19 mart 2020-ci il tarixində Qaradağ Rayon İcra Hakimiyyətində Koronavirusla Mübarizə Qərargah üzvləri və Qaradağ rayonunda fəaliyyət göstərən Operativ Qərargah tərəfindən yaradılmış 35 mobil qrupların üzvləri iştirak edirdilər.
  Onlayn müşavirədə koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar tətbiq olunan karantin rejiminin vəziyyəti ilə əlaqədar rayonun müxtəlif ərazilərində gündəlik keçirilən reydlərdən, COVID – 19 koronovirus infeksiyasına yoluxmuş və ev şəraitində müalicə alan şəxslərin (onların ailə üzvlərinin) evdən bayıra çıxmamasına nəzarətdən danışıldı.
  Bildirildi ki, rayonun bütün qəsəbələrində xəbərdarlıq elanları vurulmuşdur. Elanlarda COVID – 19 koronovirus infeksiyasına yoluxmuş və ev şəraitində müalicə alan şəxslərin (onların ailə üzvlərinin) nəzərinə çatdırılmışdır ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən ciddi karantin rejimini və qaydaları pozaraq evlərini  tərk etdikləri halda Cinayət Məcəlləsinin 139.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət məsuliyyətinə cəlb ediləcək və iki min beş yüz manatdan beş min manatadək (2 500 – 5 000)  miqdarda cərimə və ya üç (3) ilədək müddətə azadlıqdan məhrum etmə cəzası veriləcəkdir. Bu kateqoriya vətəndaşlardan xahiş edilir ki, qanunlara riayət etsinlər.
  Bütün rayon sakinlərinə müraciət olunaraq, COVID – 19 koronovirus infeksiyasına yoluxmuş şəxslərin və onların ailə üzvlərinin evlərini tərk etdiyini gördükləri an dərhal Daxili İşlər Nazirliyinin 102 qaynar xətt xidmətinə zəng etməkləri xahiş edilmişdir.
  Rayon sakinlərindən səhhətlərinə biganə qalmamaqlarını, virus daşıyıcılarının evlərini tərk edərək onları da yoluxdurmasına izin verməməsi xahiş edilmişdir.
  Hər bir sakindən özünü və ailə üzvlərini təhlükəyə atmaması rica olunmuşdur.
  Qaradağ rayonunda COVİD-19 koronavirusa yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədi ilə Qaradağ Rayon İcra Hakimiyyətində Koronavirusla Mübarizə Qərargahının nəzdində fəaliyyət göstərən məlumat mərkəzin könüllüləri evdə müalicə alan şəxslərlə telefon əlaqəsi saxlayaraq onlara müvafiq izahatlar vermiş və mövcud qanunvericiliyə uyğun olaraq onların yaşayış yerlərini tərk etməmələri barədə ətraflı izahat vermişlər.
  Rayon ərazisində baş vermiş bütün hadisələr haqqında dərhal Qaradağ Rayon İcra Hakimiyyətində Koronavirusla Mübarizə Qərargahana məlumat verilir.

Keçidlər