Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ rayonunda iməcilik keçirildi

22 avqust 2020 | 11:00

   Ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatların əsas məqsədlərindən biri də ətraf mühitin mühafizəsini və insanların sağlam təbii şəraitdə yaşamasını ən yüksək səviyyədə təmin etməkdir.
    COVID-19 koronovirus infeksiyasının yayılması nəticəsində dünyada pandemiya elan etməsinə baxmayaraq, Qaradağ rayonunda yaşıllaşdırma işlərinə böyük diqqət verilir. 22 avqust 2020-ci il tarixində rayonun bütün qəsəbələrində iməciliklər keçirildi, avtomobil magistral yol kənarlarında və qəsəbələrin inzibati ərazilərin salınmış qazonlara, əkilmiş yaşıllıqlara aqrotexniki qulluq göstərilmişdir. İməcilik zamanı ərazilərdə təmizlik işləri də aparılmış, yol kənarlarında bitmiş kol-koslar vurulmuşdur.
    İməcilik iştirakçılarına koronovirus infeksiyasının yayılmasının qarşısının alınması və sosial təcridin təmin edilməsi,  insanlar arasında sosial məsafənin gözlənilməsi (insanlar arası məsafə 1,5-2 metr) şərti ilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadənin vacibliyi barədə təbliğat-izahat işləri aparılmışdır.

Keçidlər