Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndər Heydər Əliyevin müyyənləşdirdiyi strateji kurs onun layiqli davamçısı dövlət başçımız tərəfindən böyük uğur və bacarıqla həyata keçirilir.

15 sentyabr 2020 | 11:00

   Bildiyimiz kimi bütün dünyanı cənginə alan koronovirus pandemiyası Azərbaycandan da yan keçmədi. Hal-hazırda nəinki Azərbaycan hətta, bütün dünya ölkələri eyni təhlükəyə qarşı mübarizə aparır. Artıq fevralın 28-dən ölkəmizdə koronovirusla mübarizə aparılır. Bu mübarizə ilə bağlı Koronovirusla Mübarizəyə Dəstək Fondu yaradılıb. İlk addımı Ölkəmizin Prezidenti İlham Əliyev ataraq öz illik maaşını bu fonda köçürüb. Daha sonra ölkənin vitse-prezidenti Mehriban xanım Əliyeva da bu təşəbbüsə qoşulub. Cənab Prezident ölkəmizdə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması üçün əlindən gələni edib. Məhz bu üzdən Azərbaycan bu ağır sınaqdan olduqca az itkiilə çıxıb. Ölkə başçısı işsizliyin qarşısını almaq üçün mühüm addımlar atıb. Tikinti sahəsində də ciddi irəliləyişlər müşahidə olunur. Baxmayaraq ki, indi tikinti sektoru pandemiyaya görə bir qədər tənəzzülə uğrayıb, amma o, bərpa edilir və gələcəkdə də bu sahədə mühüm tədbirlər həyatda keçiriləcəkdi.
    Bu il "Sumqayıt Sənayə Parkı"nda şüşə istehsalı zavodu da fəaliyyətə başlayacaq. Bu zavoda böyük investisiyalar qoyulub və ölkənin daxili tələbatını təmin edəcək. Artıq, Azərbaycan özünü yerli şüşələrlə təmin edəcək. Bu da böyük nailiyyətdir. Bütün dünyaya bəllidir ki, Azərbaycanın iqtisadi siyasətinin nəticələri çox uğurludur. Dünyanın ən inkişaf etmiş ölkələri belə 2009–cu ildən bəri davam edən tənəzzüldən qaça bilməyib, bir sıra ölkələrdə hələ də böhranın ağır nəticələri aradan qalxmayıb və onların milyardlarla dollar xarici borcları vardır. Lakin Ulu Öndər Heydər Əliyevin müyyənləşdirdiyi strateji kurs onun layiqli davamçısı dövlət başçımız tərəfindən böyük uğur və bacarıqla həyata keçirilir. Aparılan iqtisadi siyasətin müvəffəqiyyətini dünyanın aparıcı ölkələri, nüfuzlu beynəlxalq qurumları və ekspertləri də təsdiq edirlər. Hazırda Azərbaycan iqtisadiyyatı neft və qeyri-neft sektorunun balanslaşdırılmış nisbəti əsasında uğurla inkişaf edir. Bu amil öz növbəsində ölkəmizin beynəlxalq nüfuzunu yüksəltməklə yanaşı, regionun lideri kimi geosiyasi mövqelərini də möhkəmləndirir. Dövlət başçısı İlham Əliyev bildirir ki, neft siyasəti təkcə iqtisadi və enerji amili ilə bağlı deyil. Bu, geniş, geosiyasi gündəliyin böyük bir tərkib hissəsidir. Azərbaycan bu istiqamətdə dünya miqyasında öz rolunu oynayır və bu rol getdikcə artır. Bir məqam da xüsusi qeyd edilir ki, neft o zaman xalqa xidmət edir ki, dənizin dibindən çıxarılsın və dünya bazarlarına çatdırılsın.
    Azərbaycanın neft strategiyasının əsas məqsədi də məhz budur: xarici sərmayəni cəlb etmək, ölkədə əlverişli biznes mühiti yaratmaq və böyük enerji şirkətlərini ölkəmizə daha çox sərmayə qoymasına şərait yaratmaq.
              

                          Aytəkin Ədalətqızı

Keçidlər