Şriftin ölçüsü :

Saytın rəngi :

Paşinyan hökumətinin təxribatları, Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həllində Ermənistan hökumətinin qeyri-konstruktiv mövqeyinin göstəricisidir

22 sentyabr 2020 | 11:00

    Məlum olduğu kimi, əsası hələ XX əsrin sonlarında qoyulmuş Azərbaycan-Ermənistan  Dağlıq Qarabağ  problemi, Ermənistan hökumətinin qeyri-konstruktiv mövqeyinin nəticəsində XXI əsrin əvvəllərində hələ də qalmaqdadır.
   Son dövrlədə  işğalçı Ermənistan hökuməti Beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələri heçə sayaraq son zamanlar Azərbaycana qarşı yeni ərazi  iddiaları qaldırması, təxribatlar törətməsi Paşinyan hökumətinin bu məslənin beynəlxalq hüquq normaları çərçivəsində həllində maraqlı olmadıqlarını bir daha sübut etdi. Paşinyan hakimiyyəti hesab edir ki, cəbhədə bu cür təxribatlar yaratmaqla öz səriştəsiz idarəçiliyi nəticəsində yaranan problemləri gündəmdən çıxarmaq və hakimiyyətinə qarşı formalaşan ciddi təhlükəni aradan qaldırmaq mümkün olacaq.
  Ermənistanın bu cür təxribatlara əl atmasının əsas səbəbi son dövrlər Azərbaycanın beynəlxalq mövqelərinin daha da güclənməsi, ölkəmizin diplomatik uğurları, Prezidentin irəli sürdüyü qlobal təşəbbüslərin – Qoşulmama Hərəkatının Zirvə toplantısı, BMT Baş Assambleyasının xüsusi iclasının keçirilməsi kimi məsələlərin beynəlxalq arenada əsaslı şəkildə dəstəklənməsi ilə bağlıdır. Sözsüz ki, Azərbaycanın diplomatik cəbhədə bu uğurları Ermənistan hakimiyyətini ciddi problemlər qarşısında qoyub. Bu cür uğursuzluqlarla üzləşən Ermənistan hakimiyyəti cəbhənin müxtəlif yerlərində təxribatlar yaratmaqla məsələnin mahiyyətini gizlətməyə, yalan məlumatlarla beynəlxalq və yerli ictimaiyyəti çaşdırmağa çalışır. Bu cür təxribatlarla problemi aradan qaldırmaq cəhdlərinin hər hansı nəticə verəcəyini düşünmək üçün heç bir əsas yoxdur.
   Onların bu təxribatları xalqımız tərəfindən hər zaman hiddətlə qarşılanıb. Son vaxtlar sosial şəbəkələrdə hərbi əməliyyatlara başlamaq, sıravi vətəndaşların toplanaraq cəbhəyə getmək, silaha sarılaraq torpaqlarımızı işğaldan azad etmək kimi çağırışların səslənməsi bu gün Azərbaycan cəmiyyətində vətənpərvərlik hissinin yüksək səviyyədə olduğuna dəlalət edir. Bu səbəbdən Azərbaycan öz ərazi bütövlüyünü bundan sonra da qoruyacaq və ordumuz Ali Baş Komandanımızın əmri ilə sərhədlərimizin keşiyində cəsarətlə dayanacaq.

Atakişi Cəfərov,
180 saylı məktəb direktoru

Keçidlər